RSS
 

Login:
Şifrə:
» » İslam və İman. Həqiqi iman necə olmalıdır?

Xəbər lenti

Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...
ANADAN ƏZİZ, YENƏ ANADIR!
ANADAN ƏZİZ, YENƏ ANADIR!...
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır...
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin...
“LƏVVАMƏ NƏFSİ”, yaxud vicdan əxlaqı
“LƏVVАMƏ NƏFSİ”, yaxud vicdan əxlaqı...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr

Reklam

Online SMS Yaz!
Online Sms:

İslam və İman. Həqiqi iman necə olmalıdır?

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 28-03-2016, 22:01 | Şərh sayı: (0) | Baxılıb: 283

İslam və İman. Həqiqi iman necə olmalıdır?


İslam və İman. Həqiqi iman necə olmalıdır?İslam tarixçiləri yazırlar ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında bir il Ərəbistanı aclıq bürüdü. Bəni-Əsəd qəbiləsinin nümayəndələri Mədinəyə gəlib Peyğəmbərin hüzurunda kəlmeyi-şəhadəti söyləyərək iman gətirdiklərini bildirdilər. Onlar başqa qəbilələr kimi müsəlmanların əleyhinə vuruşmadıqlarını xatırlatmaqla Peyğəmbərin boynuna minnət qoydular. Bu insanların əsas məqsədi imana gəldiklərini elan etmək deyil, müsəlmanlardan ərzaq yardımı almaq idi. Həmin münasibətlə Allah-təala Peyğəmbərə bu ayələri vəhy etdi: “Bədəvi ərəblər: “Biz iman gətirdik!” - dedilər. De: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı qəbul etdik!” - deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır. Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əksiltməz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir. Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır. Məhz belələri (imanlarında) sadiq olanlardır” (“Hücürat”, 14-15).

Bu ayələrdən məlum olur ki, Allah-təala kəlmeyi-şəhadəti söyləyən, amma bunu təmənna üzündən edən şəxsləri mömin deyil, müsəlman saymağa icazə verir. İslam imanın yalnız zahiri tərəfidir. İnsan kəlmeyi-şəhadəti söyləmək və nümayişkaranə şəkildə ibadətləri yerinə yetirməklə müsəlman sayılar, bununla da özünü təhlükə və məhrumiyyətlərdən qoruyar. Amma bu, onun əqidəsinin saf olub-olmamasını aşkara çıxarmaz. Hədislərdə deyilir: “İslam odur ki, onun vasitəsilə canlar qorunar, əmanətlər sahibinə qaytarılar, izdivaclar halallaşar. Amma savab imana görə verilər”. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur: “İslam aşkardır, iman isə qəlbdə gizlidir”.
Bütün möminlər müsəlmandırlar, lakin bəzi müsəlmanların mömin olmamaları mümkündür. Hədislərdə İslamı Məkkədəki Məscidül-hərama, imanı isə həmin məscid daxilində yerləşən Kəbə evinə bənzətmişlər. Kəbəyə girən hər kəs Məscidül-həramın daxilində hesab olunur. Amma Məscidül-həramın daxilində olan hər kəs Kəbənin içində sayılmaz. Beləcə, möminlik məqamına yüksələn hər kəs müsəlmandır, amma hər müsəlman mömin deyil.

Müsəlman üçün dillə təsdiq və bəzi ibadətlər kifayət etdiyi halda, mömin şəxs mütləq bütün əməllərini Allahın əmr və qadağanları əsasında qurmalı, gözəl əxlaqa sahib olmalıdır. İslam Peyğəmbəri buyurmuşdur: “Möminlərin iman cəhətdən ən kamili əxlaqca gözəl və ailəsinə qarşı mehriban olandır.” İmam Əli ibn Əbu Talib bu barədə demişdir: “İman – ürəklə dərk etmək, dillə təsdiqləmək və bütün bədən üzvləri ilə əməldə həyata keçirməkdən ibarətdir”. Bu üç xüsusiyyət birləşərək imanı əmələ gətirir. Bunların olmaması isə insanı üç rəzil dəstənin cərgələrinə aparıb-çıxarır. Ürəkdə səmimi etiqadı olmayan münafiqdir. İmanını dillə təsdiqləməyən (yəni inkar edən) kafirdir. Əməldə sübuta yetirməyən isə fasiqdir (günahkardır). İmam Cəfər Sadiqin aşağıdakı hədisi də imanın həqiqətini gözəl bəyan edir: “Allah imanı yeddi hissəyə bölüb: yaxşılıq, doğruçulluq, yəqinlik, razılıq, əhdə vəfa, elm və səbr”.

Qurani-kərimdə möminlərin haqqında buyurulur: “Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər. Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edərlər. Namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər. Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (qiyamət günü) bağışlanma və (cənnətdə) tükənməz ruzi gözləyir” (“Ənfal”, 2-4). Başqa bir ayədə möminlərin vəhdətinə işarə edilir: “Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə rəhm olunasınız” (“Hücürat”, 10).

Möminin imanı həyatın bütün sahələrində özünü göstərir. Onun bütün əməlləri, əxlaqı, danışığı, ətrafdakılarla rəftarı imanla yoğrulmuşdur. Məhz buna görə Peyğəmbər buyururdu ki, imanın yetmişdən artıq qolu var. Bunların ən üstünü “la ilahə illəllah” demək, ən aşağı dərəcəsi isə camaatı əziyyətə salan əşyaları yolun üstündən götürüb kənara qoymaqdır; həya da imanın bir qoludur. İslam müqəddəsləri mömin şəxsdə hərislik, kobudluq, xəsislik, yalançılıq, xəyanət, ruzidən ümidsiz olmaq kimi mənfi xüsusiyyətlərin mövcudluğunu qeyri-mümkün sayırdılar.

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur ki, Allahın dərgahında mömin şəxs ən yaxın mələklərdən də hörmətlidir. İmam Cəfər Sadiq isə möminin hörmətinin Kəbədən daha artıq olduğunu bildirmişdir.

İslam Peyğəmbərinin hədislərində möminlərin bəzi xüsusiyyətləri sadalanır. Məsələn: “Mömin nifrət bəslədiyi kəsə zülm etməz və sevdiyi şəxsə görə günaha batmaz. Onun xərci az olar, başqalarına çox yardım edər. Hər bir işi çox yaxşı yerinə yetirər, sanki onu özü üçün görür. Onun bağışlayan əli var, bir şey istəyəni boş geri qaytarmaz. Sözünü ölçüb-biçər. Batili, hətta dostundan da olsa, qəbul etməz və haqqı, hətta düşmənindən olsa belə, inkar etməz”. “Mömin o kəsdir ki, camaat öz malını və canını ona etibar edər”. “Mömin salamı əvvəl verər, münafiq isə “gərək mənə salam versinlər” deyər”.

Həzrət Əli ibn Əbu Talibin nəzərində mömin aşağıdakı sifətlərə malik olan şəxsdir: “Mömin şadlıq zamanı şükr edən, bəla vaxtı səbrli, naz-nemət içində olan zaman Allahdan qorxan kəsdir”. “Möminlərdən o şəxsin imanı daha üstündür ki, verdiyi və aldığı, qəzəbi və sevinci Allaha görədir”.

İmam Zeynül-abidin mömində beş xüsusiyyətin olmasını şərt bilirdi: “Xəlvətdə olanda pəhrizkarlıq etmək, yoxsulluq zamanı sədəqə vermək, bəlalar qarşısında səbrli, qəzəblənəndə həlim, qorxu anında belə, doğruçul olmaq”. İmam Mühəmməd Baqir isə möminin sarsılmaz iradəsini belə təsvir edirdi: “Mömin dağdan da möhkəmdir. Dağ parçalanar, amma möminin dinindən heç nə azalmaz”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

En Son Yükləmələr

Haci Sahib - Imam Huseyn (e) Mekkeni niye terk etdi?
Haci Sahib - Ashura Meysemi Temmarin dilinden
Haci Sahib - Imam Huseyn (e) Kerbelaya gelisi
Baqir Mensuri - Mehdiyem men
Baqir Mensuri - Kefen axtarir
Abbas Abbas
Haci Sahin - Quran haqqinda
Haci Sahin - Nefsle mubarize
Haci Sahin - Heqiqi mominler
Haci Sahib - Ya Huseyn
Haci Sahib - Danisaq Ya Huseyn
Haci Sahib - Salam ola
Balabey - Kecer
Haci Sahib - Ruqeyye
Haci Sahib - Ya Huseyn
Huseyn canem
Seyyid Rehman - Geldi
Seyyid Rehman - Kerbubeladir
Seyyid Rehman - Movla
Gozel Qiraet
Huseyn Huseyni - Menem Zeyneb
Huseyn Huseyni - Fatimeyi Zehra
Ebelfezl Aga haqqinda mersiye
Demisem Ya Eli
Davud Elizade - Huseyn Vay
Ilqar Nehremli - Ya Eli
Ilqar Nehremli - Can Ebelfezl aga
Haci Shahin - Ebelfezl aga
Haci Shahin - Eshq ve agil
Haci Shahin - Dushunce
Haci Sahib - Imami cagirmaq
Haci Sahib - Imam ve imtahan
Haci Sahib - Duanin qebuluna mane olan amiller
Haci Sahin - Dunyaya qul olmaq
Haci Sahin - Dunyanin ehemiyyeti
Haci Sahin - Bismillehir Rehmenir Rehim
Haci Qurbet - Ramazan bayrami
Haci Qurbet - Gunah
Haci Qurbet - Cox istemek
Imam Zaman agaya dua
Purzergeri - Ehzab 38-50
Tevsiyye - Fecr,Muteffifin,Beled,Beqere-1-5
Tevsiyye - Fecr suresu
Surxay Qedirxum - Gozumun qarasi Zeyneb
Elvin Valeh - Şiələrin
Fərəc qrupu - Ya Mehdi
Hacı Zahir Mirzəvi - Haray
Hacı Zahir Mirzəvi - Hüseynim
Hacı Zahir Mirzəvi - Xanım Zeynəb
Peyman Məmmədoğlu - Şikayətim var
Rövşən və Rauf - Dua
Vasif Vəsfinur - Ramazan
Hacı Sahib - Əməllərin girovunda
Hacı Sahib - Hacı Sahib - Ibadət
Hacı Sahib - Ictimai azadlıq
Hacı Şahin - Allahın təkəbbürü
Hacı Şahin - Dost seçmək
Hacı Şahin - Dünyaya məhəbbət
 

Ən Çox Oxunanlar

Təqvim

«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor