Cümə axşamı
Əhli-beyt rəvayətlərində dua üçün ən münasib vaxt cümə axşamı hesab olunur. Cümə axşamı öz dəyərinə görə ən xeyirli gecə olan «qədr» gecəsinə oxşadılır. Din böyükləri deyirlər: “Çalışın cümə axşamını namaz, dua,zikr, tövbə ilə sübh edin. Allah-Taala cümə gecəsi iman əhlinin kəramətini artırmaq üçün mələklərini birinci səmaya endirər.”
İmam Sadiq (ə)-dan nəql olunmuş bir rəvayətdə buyurulur ki, bə`zən Allah xeyir olaraq, mö`minin duasını tə`xirə salıb, cümə vaxtı qəbul edər.[17] Elə həmin mənbədə başqa bir hədisdə buyurulur: “Oğlanları Həzrəti Yə`qubdan günahlarının bağışlanması üçün dua istədikləri vaxt, o bu duanı cümə axşamınadək tə`xirə saldı.”
İmam Baqir (ə) buyurur: “Allah-Taala hər cümə axşamı bir mələyə göstəriş verir ki, gecənin əvvəlindən sonunadək Onun adından belə nida etsin: “Sübh açılmamış dünya və axirəti üçün bir mö`min bəndə məni çağıracaqmı ki, duasını yerinə yetirim? Sübh açılmamış bir mö`min bəndə günahdan tövbə edəcəkmi ki, onun tövbəsini qəbul edim? Sübh açılmamış bir mö`min bəndə ruzi istəyəcəkmi ki, onun ruzisini artırım? Sübh açılmamış bir xəstə mö`min istəyəcəkmi ki, ona şəfa verim? Görəsən bir məhbus mö`min sübhdən qabaq dua edəcəkmi ki, onu zindandan qurtarım? Görəsən haqqında zülm edilmiş bir mö`min sübhdən qabaq Məni çağıracaqmı ki, zalımdan intiqam alıb, onun haqqını qaytarım?” Bəli, bu mələk sübh açılanadək nida edər.”[18]
Cümə axşamı üçün bir sıra namazlar, dualar və zikrlər müəyyənləşdirilmişdir. Dualar arasında “Kumeyl” duasının xüsusi yeri vardır.
Mövzu üzrə başqa xəbərlər:
- Ərbəin günü Kərbəlaya 60 ölkədən zəvvar gəlib
- Cümə namazı və onun əhəmiyyəti
- Qəbir ziyarəti üçün hər hansı məsləhətli vaxt varmı?
- Cümə namazı
- Hacı Şahin Həsənli cümə xütbəsində Nardaran hadisəsinə toxundu
- Salmanın üç istəyi
- Allaha ümidvar olmaq
- Cümə gününün sübh namazından əvvəl və ehtiyacsızlıq üçün oxunan dua
- Quran surələrinin fəzilətləri
- Hansı vaxtlar dua etmək üçün daha münasibdir?
- Salavat və onun fəziləti
- Cümə günü vəfat edənlər
- Bığ tüklərinin azaldılması haqqında
- Dırnaq tutmağın fəzilətləri haqqında
- Cümə gününün əməlləri
- SALAVAT VƏ ONUN FƏZİLƏTİ
- Cümə namazının əhəmiyyəti
- Quranda surələrin oxunmasının savabı
- Əmirəl-möminin Əli (ə)-ın namazı
- Dırnaq Saxlamaq Olarmı?
