Bığ tüklərinin azaldılması haqqında |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 23-06-2015, 18:51 | Şərh sayı: (0) | Baxılıb: 572
Bığ tüklərinin azaldılması haqqında
Peyğəmbər (s) və imam Sadiq (ə)-dan bu barədə nəql olunmuş hədisdə deyilir:"Bığ tüklərinizi uzanmağa qoymayın yoxsa şeytan orada özünə yer edib sizi vəsvəsəyə salar.Və bu da sizdə qəm-qüssənin artmasına səbəb olar. Bığlarınızı o qədər az saxlayın ki, dodağınızın əti görsənsin. Bığ tüklərinizi və dırnaqlarınızı iki həftə arasında (bir həftə tamam olduqdan sonra ) qısaldın və bilin ki, bu gözəl sünnət xora xəstəliyinin qarşısını alır. Və cümə günləri bığ tüklərinizi azaltdığınız zaman bu duanı oxuyun:
(Bismillahi və billah və əla sunnəti Muhəmməd və ali Muhəmməd)
Cümə günü bu duanı oxuyub bığ tüklərini azaldan şəxs islam Peyğəmbərinin (s) övladlarından birini azadlığa buraxmış kəslərin savabını qazanar və ömrünün sonunadək çətin xəstəliklərdən uzaq olar.Başqa bir hədisdə deyilir: Şənbə və bazar axşamı günlərində bığ tüklərini azaldıb,dırnaq tutmaq insanı göz və diş ağrılarından amanda saxlayar.
Bu barədə nəql olunmuş sonuncu hədisdə deyilir:Bığ tüklərinizi azldın, saqqalınızı isə uzun saxlayın (dörd barmağa qədər) bu şərt ilə ki, yəhudi kişilərinə oxşamayasınız. Özlərini yəhudilərə oxşadan bizdən deyildir.
Əllamə Məclisi "Möminlərin zinəti"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər