RSS
 

Login:
Şifrə:
» » «Yasin» surəsinin əhatə etdiyi mövzular

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






«Yasin» surəsinin əhatə etdiyi mövzular

 
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 20-06-2016, 19:23 | Şərh sayı: (0) | Baxılıb: 685

«Yasin» surəsinin əhatə etdiyi mövzular


«Yasin» surəsinin əhatə etdiyi mövzularBildiyimiz kimi bu surə Məkkə şəhərində nazil olmuşdur. Elə buna görə də bu surənin əhatə dairəsi ümumi nöqteyi-nəzərdən Məkkədə nazil olmuş digər surələrin əhatə dairəsi kimidir. Yəni tövhid, məad, vəhy, Quran, xəbərdarlıq (qorxutmaq) və müjdələrdən bəhs edir. «Yasin» surəsini dörd mühüm hissəyə bölmək olar.
1.İlk hissə İslam Peyğəmbərinin nübüvvətindən, «Qurani-Məcid»dən, bu kitabın nazil olmasının məqsədindən və ona iman gətirənlərdən bəhs edir. Bu hissə «Yasin» surəsinin əvvəlindən başlamış və 11-ci ayəyədək davam etmişdir.
2.İkinci hissə İlahi Peyğəmbər lərin üçünün nübüvvəti, onların camaatı tövhidə dəvət etməsi və müşriklərlə kəskin mübarizələrindən söhbət açır. Həqiqətdə isə bu İslam Peyğəmbərinə öz vəzifəsini yerinə yetirməkdə bir növ təsəllidir.
3.Üçüncü hissə isə 33-cü ayədən başlayıb 44-cü ayəyə qədər davam etmişdir. Bu hissə tövhidi məsələlər və Uca Tanrının bu dünyada olan gözəl və əzəmətli nişanələri ilə doludur. Surənin axırında da bunlara işarə olunur.
4.Nəhayət, sonuncu hissədə məada aid olan məsələlər məadı sübut edən müxtəlif dəlillər, öləndən sonra yenidən dirilmək, qiyamət gününün hesabı, dünyanın axırı və eləcə də Cənnət və Cəhənnəmdən söhbət gedir. Bu hissədə diqqəti cəlb edən çoxlu məsələlər var. Bu dörd hissədə qafil insanları ayıltmaq üçün və eləcə də onların diqqətli olması üçün təsirli ayələr vardır. Qısaca desək, bu surədə insan müxtəlif səhnələrlə, o cümlədən xilqət (yaranış), qiyamət, həyat, ölüm, qorxutmaq və müjdələrlə üzləşir. Bunların hamısı isə ümumilikdə insan ruhunu ayıldan və ona şəfa verən bir nüsxədir.



«Yasin» surəsinin fəziləti

«Yasin» surəsi «Quran»ın ən mühüm surələrindən biridir. Bunu bir çox hədislər də təsdiq edir. Bu surənin fəziləti o qədərdir ki, hədislərdə onu «Quranın qəlbi» adlandırmışlar. Peyğəmbər (s) buyuryr: «Hər şeyin qəlbi vardır, Quranın qəlbi də «Yasin» surəsidir.» Buna oxşar başqa bir hədisdə imam Sadiq(ə) buyurur: «Hər kəs «Yasin» surəsini gündüz gun batına qədər oxusa, gün ərzində amanda qalıb ruzili olar; hər kəs onu gecə yatmazdan qabaq oxusa, Allah-təala o şəxs üçün hər yerdə onu şeytanlar və bəlalardan qoruyan min mələk gözətçi qoyar». Peyğəmbərdən olan digər hədisdə oxuyuruq:
«Yasin surəsi Tövratda «müəmmə» (yəni ümumilik yaradan) adlandırılmışdır. Bir nəfər Peyğəmbərdən soruşdu: «Nə üçün bu surə belə adlandırmışdır? Peyğəmbər buyurdu ki, bu surəni oxuyan şəxs həm dünya, həm də axirət xeyrinə nail olur. Bu haqda istər şiə, istərsə də sünni mənbələrində çoxlu hədislər gəlmişdir. Biz isə yuxarıda qeyd olunan bir neçə hədislə kifayətlənirik. Qeyd etəməliyik ki, «Quran»da bu cür fəzilətə malik olan surə çox azdır.
Onu da xatırladaq ki, bu qədər fəzilət, «Yasin» surəsini üzündən oxuyub mənasına heç bir əhəmiyyət verməyən şəxslər üçün deyil. Əksinə, həmin fəzilətlərin hamısı məhz onun mənasına görədir. Elə bir məna ki, insanı vəcdə gətirib, onun ruhunu oyadır. İnsan həmin məna barədə fikirləşib öz əməllərini ona uyğun edərsə, onda dünya və axirət xeyrinə qovuşar. Məsələn, bu surənin 60-cı ayəsində Allah insanlarla əhd bağlayıb, onların şeytana ibadət etməməsini və şeytanın onlar üçün açıq-aşkar düşmən olmasını xatırlatmışdır.
«Ey Adəm övladı! Məgər Mən (dünyada) sizə: «Şeytana ibadət etməyin, o, sizin açıq-aşkar düşməninizdir!-deyə buyurmadımmı?»
Məlumdur ki, əgər insan bu əhdə vəfa edərsə, hədislərdə deyildiyi kimi, bütün şeytanlardan amanda olacaq. Yox, əgər bu ayəni üzündən oxuyub keçərsə, mənasına heç bir diqqət etməzsə və həqiqətdə şeytanın ən yaxın dostlarından biri olarsa, yəqin ki, «Yasin» surəsinin fəzilətlərindən məhrum olacaq. Bu söz, təkcə 60-cı ayəyə yox, bütün surəyə aiddir

Bismilləhir- Rahmənir- Rahim
Tərcümə:

«Ya, sin» (1)

Hikmətlə dolu olan «Quran»a and olsun ki, (2)

Sən, həqiqətən (Allah-təala tərəfindən göndərilmiş şəriət sahibi olan) Peyğəmbər lərdənsən. (3)

-Düz yoldasan. (Doğru yol üzrə göndərilən Peyğəmbərlərdənsən. Allahın əsl tövhid dini olan İslam dinindənsən. Bu yolu tutub gedən haqqa yetişər). (4)

Bu Quran, (mülkündə) yenilməz qüvvət sahibi (Əziz) və (bəndələrinə) mərhəmətli (Rəhim) olan Allah tərəfindən nazil edilmişdir ki, (5)

(Onunla Cahiliyyət dövründə) ataları (Allahın əzabı ilə) qorxudulmamış və (Allahın hökmlərindən, imandan, tövhiddən) qafil olan bir tayfanı xəbərdar edib qorxudasan! (6)

Doğrudan da onların əksəriyyəti barədə o söz (əzəldən buyurduğumuz əzab hökmü) gerçək olmuşdur, çünki onlar (Allah və Onun Peyğəmbərinə) iman gətirməzlər. (Biz onların iman gətirməyəcəklərini öz əzəli elmimizlə bilib lövhi-məhfuzda təsbit etmişik (7)

Biz onların boyunlarına dəmir həlqələr (zəncir) keçirmişik. O həlqələr onların lap çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir. (Kafirlərin əlləri zəncirlə boyunlarına bağlandığı üçün başlarını yuxarı qaldırmağa, gözlərini də aşağı dikməyə məcbur olmuşlar. Onlar boyunlarını bir tərəfə döndərmək, əllərini sağa-sola tərpətmək, ətrafa nəzər salmaq, hətta ayaqlarının altını görmək iqtidarında deyillər. Beləliklə, kafirlər nə haqqı görər, nə də ona boyun əyərlər.) (8)

Biz onların önlərinə və arxalarına sədd çəkib gözlərini bağlamışıq. Buna görə də (Allahın qüdrətinə dəlalət edən əlamət, nişanələri) görmürlər. (Kafirlərin qəlb və bəsirət gözü kor edilmiş, bütün iman yolları üzlərinə bağlanmışdır. Onlar zahirən görsələr də, mənən və batinən kordular.) (9)

(Ya Peyğəmbər!) Sən onları qorxutsan da, qorxutmasan da onlar üçün birdir; iman gətirməzlər! (10).



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor