RSS
 

Login:
Şifrə:
» » İnsanları bağışlamağın gəyirdiyi 4 bərəkət

Xəbər lenti

Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi...
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İnsanları bağışlamağın gəyirdiyi 4 bərəkət

 
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 14-09-2016, 21:59 | Şərh sayı: (0) | Baxılıb: 204

İnsanları bağışlamağın gəyirdiyi 4 bərəkət
Quran və hədislərdə ən çox əhəmiyyətə malik olan mövzulardan biri də başqalarını bağışlamaq və əfv etməkdir. Qurani-Kərim əfv etmək haqqında buyurur: “(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi)yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir”. (Ali-İmran,ayə 134).

Əgər Allahın bizi bağışlamasını istəyiriksə, gərək biz də bağışlamağı bacaraq. “Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. (Fussilət,ayə 34).

1. Mənəvi və əxlaqi inkişafa səbəb olar: Bizimlə başqaları arasında yaranan hər bir narazılıq və xoşagəlməz münasibət bizi əxlaqi baxımdan islah edər. Hisslərimizə nəzarət edərək, bəzən həmin insanı bağışlamaq mərhələsinə qədər inkişaf edə bilirik. İmam Əli (ə) buyurur: “Nə zaman qüdrətin olsa,güzəşt et və əlin boş olan zaman bağışlayan,ehtiyacın olan zaman fədakar ol ki, fəzlin kamala çatsın”.
Allah bu dünyanı elə yaratmışdır ki, bu cür təzadlar yaransın və insan da bu yolla inkişaf etsin. Bəziləri bağışlayıb yuxarı qalxsınlar və bəziləri isə intiqam alaraq əvvəl olduqlarından da kiçilsinlər. Bu yolla bəziləri böyüyər və bəziləri isə alçalar. İnsan öz üzərində işləyəndə, onun şəxsiyyəti böyüyər və formalaşar və İlahi işlər görmək üçün daha çox tutuma malik olar.Həzrət Peyğəmbərimiz (s.a.v.v) kimi.

2. İşləri islah olar: Tarixi mütaliə edən zaman bir çox müharibələr haqqında oxuyuruq ki, minlərlə insan aylarla bir-biri ilə vuruşarlar. Minlərlə insan öldürülər. Çox sayda uşaq bu müharibələrdə yetim qalar, çox sayda qadın dul qalardı. Bu döyüşlərin yaranmasını tədqiq edən zaman görürük ki, iki nəfərin arasında olan sadə anlaşılmamazlıqlardan başlamış və get-gedə böyük bir münaqişəyə çevrilmişdir. Çox təəssüf ki, bu gün də bu cür hallara rast gəlmək olur. Halbuki, əgər tərəflərdən biri o biri tərəfə güzəşt etsəydi, böyük bir müharibənin baş verməsi üçün zəminə yaranmazdı. Güzəşt çox halda zülm və çirkinliklərin qarşısını alar. Güzəşt ürəklərin islah olunmasına və kinin aradan getməsinə səbəb olar. “Bu (pisliyə yaxşılıqla cavab vermək xisləti), yalnız səibr edənlərə təlqin və əta edilər və ancaq (insanlıq kamalında) böyük payı olana verilər”. (Fussilət,ayə 35).
Peyğəmbər (s.a.v.v) buyurur: “Bir-birinizi bağışlayın ki, kin ürəklərinizdən getsin”.
İnsan adətən günah edəndən sonra vicdanı sızlayır və qarşı tərəf onu bağışlayan zaman daha çox xəcalər çəkir. Ömrünün axırına qədər bu yaxşılığı unutmaz.

3. Təqva artar: Allah Quranda buyurur: “Sizin güzəşt etməyiniz (yəni mehriyyənin hamısını verməyiniz) təqvaya daha yaxındır. Öz aranızda ehsan və bəxşiş etməyi unutmayın ki, həqiqətən Allah etdiklərinizi görəndir”. (Bəqərə,ayə 237). Bu ayəyə əsasən bağışlamanın gətirdiyi bərəkətlərdən biri də təqvanın artmasıdır. İnsanın təqvasının artması iki şeyə görə olar: o kəs ki, öz haqqından keçər və onu bağışlayar, heç bir insanın haqqına zülm etməz. Ona görə də bu güzəşt insanın təqvasını artırar. İkinci hal budur ki, insan öz qanuni haqqından başqasına görə keçər və Allahın günahını etməyə çalışmaz.Özünün malı olmayanı götürməz. Bu bağışlayan insan İlahi təqvaya riayət etmiş olar.

4. İlahi rəhmət: Biz bu fani dünyada və cavidan axirətdə Allahın rəhmətinə həmişə möhtacıq. Əgər İlahi rəhmət olmazsa, çox sayda maddi və mənəvi çətinliklər bizi həlak edər. İlahi rəhməti cəlb etməyin yolları vardır. Bu yollardan biri də başqalarını bağışlamaqdır. Allah bu cür bəndəsini sevər, ona rəhmət nəzəri ilə baxar. Büdrəmələrini bağışlayar və Öz xüsusi rəhmətini ona şamil edər.


Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor