RSS
 

Login:
Şifrə:
» » Yemək məmulatları haqqında

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Yemək məmulatları haqqında

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 8-03-2015, 15:27 | Şərh sayı: (0) | Baxılıb: 2173

Yemək məmulatları haqqında


Yemək məmulatları haqqında


Allahın sizə əta etdiyi nemətləri, xüsusilə çörəyi əziz tutun. Bilin ki,onun hazırlanmasında minlərlə mələk və əkinçi zəhmət çəkir. Bu əziz nemətin isdifadəsində israfa yol verməklə onların zəhmətini hədər etməyin. Sonra Danyal (ə) haqqında bu əhvalatı nəql edərdi: Günlərin bir günü Danyal (ə) gəmiçinin yanına gəlib bir çörək verib onu gəmiyə buraxmasını xahiş edir. Gəmiçi çörəyi ondan alır və ayaqları altına atır və deyir: Nəyimə lazımdır bu çörək. Sənin mənə verdiyin bu çörək yəhudi cammatının ayaqları altında gəzir. Danyal (ə) əllərini asimana qaldırıb deyir: Pərvərdiyara! Özün bunun şahidi oldun , çörəyi əziz tut. Allah-təala Danyal (ə)-ın duasını qəbul edir. Həmən məntəqədə uzun müddət quraqlıq höküm sürür. Allahın əmri ilə nə göydən yağış yağır, nə də yerdən bir ot göyərirdi. Qıtlıq o yerə gəlib çatır ki, camaat bir-birini yeməyə başlayır. Yerli camaatdan olan iki qadının hər birinin bir (körpə) oğlu olur. Onlar şərt bağlayırlar ki, növbə ilə bir -birlərinin uşaqlarını yesinlər. Uşağın biri yeyilir, növbə ikinci uşağa çatdıqda ana buna etiraz edir. Onlar şikayət üçün Danyal (ə)-ın yanına gəlirlər. O, qadınların söylədikdə çöx kədərlənir və deyir: Bir görün iş nə yerə gəlib çıxıbdır. Onlar da təəssüf hissi ilə Danyal (ə)-ın dediklərini təsdiq edirlər. Sonra Danyal (ə) əllərini asimana qaldırıb belə bir dua edir: Pərvərdigara ! Bu körpə uşaqlara özün rəhm et. Onları nadan qövmün günahlarına görə çətinlikdə qoyma. Allah-təala Danyal (ə)-ın bu duasını da qəbul edir və yəhudi camaatı aclıqdan və quraqlıqdan yaxa qurtara bilir.

Peyğəmbər (s)-dan nəql olunmuş başqa hədisdə deyilir: "Çörək süfrəyə qoyulduğu zaman heç nə gözləməyin. Yediyiniz zaman çörəyi iyləməyin çünki, bu yırtıcılara xas olan xüsusiyətdir. Onunla namaz qılmayın (yəni ona səcdə etməyin). Oruc tutun və Allahın evini (Kəbəni) ziyarət edin.

Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Süfrəyə çörək və ət qoyduqda aclığınızı çörəklə dəf edin. Çörəyi süfrəyə qoyulan qabların altına qoymayın və bıçaqla yox, əliniz ilə bölün. Çörək kündələrini bir qədər kiçik edin ki,onların hər biri bərəkətdir.

Həzrəti Məhəmməd (s) etdiyi duaların birində buyurardı : İlahi !Bizi aclıqla imtahan etmə Əgər çörək olmazsa biz nə oruc tuta bilər , nə də sənin digər şəri gösdərişlərinə əməl edə bilərik.

İmam Rza (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Arpa çörəyinin fəziləti , biz Əhli-beytin sair insanlara olan fəzilətimiz kimidir. Bütün ilahi peyğəmbərlər arpa çörəyi yeyər və bu çörəkdən yeyənlər bir çox xəstəliklərdən uzaq olarlar ).

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "İshal” və "Vərəm” xəstəliklərinə düçar olan şəxslər yaxşı olar ki, dünya yeməklərindən daha çox isdifadə etsinlər. Daim qarın ağrısına tutulan şəxslərə düyüdən isdifadə etməyi məsləhət görürəm. Düyünü yuduqdan sonra kölgədə qurudun. Sonra qovurub un halına salın və hər səhər ac qarına bir qədər yeyin .

İmam Rza (ə)-dan nəql olunmuş hədisdə deyilir: Arpa unundan hazırlanmış çörək və digər yemək məmulatları peyğəmbərin gündəlik yeməklərinin xas hissəsini təşkil edərmiş. Bu undan hazırlanmış yemək məmulatları mədədə tez həzm olur. Bundan əlavə insanın kökölməsinə, cinsi əlaqənin fəallaşmasına və ödün və turşuluğun azalmasına müsbət təsir göstərir. Ardıcıl şəkildə qırx gün səhərlər arpa unundan bir qədər yeyən şəxslər ciyər və bir çox xəstəliklərdən uzaq olarlar.

Başqa bir rəvayətdə mərcinin müsbət xüsusiyyətləri belə bəyan edilir: "Mərci susuzluğu aradan aparır, qan dövranını fəallaşdırır, bədənin hərarətini sabitləsdirir və mədəyə qüvvət verir.Ardıcıl şəkildə mərcidən hazırlanmış yeməklər yeyilərsə boğazda olan bəlğəm tədricən azalar və bir müddətdən sonra isə tamamilə yox olar.”

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir : Allah-təalanın insanlar üçün dünya və axirətdə əta etdiyi nemətlərdən biri də ətdir. Qurani-kərimdə bu haqda buyrulur.

(Vələhmu təyrin mimma yəştəhun )

(İstədikləri quş əti onlara veriləcəkdir).

Allah Peyğəmbəri (s) əti (xüsusi ilə qoyun ətini ) çox sevərdi . Bu haqda o buyurardı. Biz Qureyş camaatı əti çox sevirik.İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir : "Ət insanın ən mühüm qida məhsullarından birini təşkil edir . Qırx gün ardıcıl şəkildə ət yeməyən şəxslərdə nəzərə çarpası dəyişiklər müşahitə etmək olur. Bəzən belə şəxslərin övladları əlil dünyaya gəlir. Belə olduqda uşağın qulağına azan deyib şəfa tapmaq üçün Allaha təvəkkül etmək lazımdır.”

Bir şəxs imam Rza (ə)-ın yanına gəlib deyir. Bizim evdə kimsə qoyun əti yemir və deyirlər ki, qoyun əti "əsəb pozuntuları” (malixoliya fikir dağıntısının ) aparmasına və müxtəlif baş ağrılarına səbəb olur . İmam Rza (ə) cavabında buyurur: Əgər izzət və cəlal sahibi olan Allah, qoyunu münasib bilməsəydi onu İbrahim (ə)-a,oğlu İsmayılın qurbanlığı üçün göndərməzdi.

İmam Baqir (ə)-dan nəql olunmus hədisdə deyilir: "İsrail camaatı dəri xəstəliyindən həzrəti Musa (ə)-a şikayət edirlər. Allah-təaladan Musa (ə)-a vəhy nazil olur : İsrail camaatına de ki, inək ətini çuğundur ilə bişirib yesinlər və bu onların düçar olduqları xəstəliyə şəfa verəcəkdir”.

İmam Musa (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Ayaq sümüyü zəif olan şəxslər kəklik əti yesinlər , bu onlar üçün daha xeyirlidir.”

İmam Məhəmməd Təqi (ə)-dan nəql olunmuş hədisdə deyilir: Əsfərud quşunun əti insan üçün daha xeyirlidi (Əsfərud səhrada yaşayır , tikanlardan özünə yuva qurur , qısauçuşları olur ərəb dilində bu quşa "qitah” deyirlər). Atam bu quşun ətini çox xoşlayardı və onu sarılıq xəstəliyinə düçar olan şəxslərə kabab edib verməyi tövsiyə edərdi.

İmam Musa (ə) sümüksüz əti yeməməyi tövsiyə edərdi. O bu haqda buyurardı: Sümüklü ət insan üçün daha xeyirlidir. Bu iflic kimi ağır xəstəliyin yaranmasının, kürək ağrılarının qarşısını alır. Digər tərəfdən də cinsi əlaqəyə müsbət təsir göstərir. İmam Rza (ə)-dan Zebra əti haqqında soruşduqda belə cavab verir: "vəhşi heyvan olduğu üçün ətini yemək olar.Amma onun ətini yeməmək daha yaxşı olar.”

Həzrəti Peyğəmbər (s) səhabələrə çiy əti yeməyi qadağan edərdi və bu haqda buyurardı: Əti yalnız bişirdikdən sonra yeyin, onu çiy halda yemək yalnız yırtıcıların işidir.

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir : Bu üç şey-qurudulmuş ət yemək, tox qarına hamama girmək və yaşlı qadınlarla cinsi əlaqədə olmaq-bədəni zəiflədir və ömrün az olmasına səbəb olur.

İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir hədisdə deyilir: "Yeməli olmayan bu üç şey (kətan köynək geymək , ətir vurmaq və gözə nurə çəkmək ) (Nurə kimyəvi maddədir . Oksid kalsium daşının bişməsi (1000c+o) nəticəsində əmələ gəlir qırmızı , sarı və ya ağ rənglərdə olur. Nurə tük tökülmənin də qarşısını alır) insanı kökəldir.

Yeməli olan bu üç şey (quru pendir , qurudulmuş ət və quru xurma qönçəsi) insanı arıqladır. Bu iki şeyin (ilıq su və nar ) hər şeyə xeyri vardır , amma bu iki şeyin (qurudulmuş ətin və qurudulmuş pendirin ) hər şeyə zərəri vardır.

Həzrəti Peyğəmbər (s) qoyunun qabaq ayaqlarının ətini xoşlayardı və dal ayaqlarının əti ifrazat üzvünə yaxın olduğuna görə yeməkdən çəkinərdi.

Başqa bir rəvayətdə deyilir : Həzrəti Adəm (ə) öz nəslindən olan bütün peyğəmbərlər üçün bir qoyun qurbanı kəsir və onun hər üzvünü həmən peyğəmbərlərin adından ehsan edir. Həzrəti Məhəmməd (s) üçün isə onun qabaq ayaqlarını ayırır . Buna görə də həzrəti Peyğəmbər (s) həmən üzvü çox sevərdi.

Qədim zamanlardan bu günədək ətdən müxtəlif çeşiddə yeməklər bişirilməkdədir. Onlardan ən qüvvətlisi kabab, qəlyə (yağlı ət, yumurta, göyərti və üzüm qurusundan hazırlanır) ət şorbası , zəbibə və həlimdir.(həlim döyülmüş ətdən və buğdadan hazırlanır).

Bir çox hədis və rəvayətlərdə bu yeməklərə işarə edilmişdir.

İmam Musa (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Yumurtadan çox isdifadə edən şəxslərin övladı çox və sağlam olar.Sizlərə sirkəni də tövsiyə edirəm. Bilin ki, bu bir çox peyğəmbərlərin qida maddələrinin əsasını təşkil etmişdir. İslam peyğəmbəri həzrəti Məhəmməd (s)-da sirkəni çox sevərdi və çox vaxt yeməkdən əvvəl çorəklə sirkə yeyərdi”.

Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir : "Sirkə bəlğəmi azaldır və ürəyə qüvvət verir”.

İmam Sadiq (ə) bu haqda buyurur : Şərabdan alınan sirkə mədədə olan qurdları öldürür, dişlərin dibini möhkəmlədir və zehnə qüvvət verir.

Başqa bir rəvayətdə deyilir : "İsrail camaatı yeməyin əvvəlində və sonunda sirkə içərlər.Biz isə yeməyin əvəlində duz yeyər , axırında isə sirkə içərik”.

Nəql olunmuş bir çox rəvayət və hədislərdə zeytunun (və digər bitki və heyvan yağlarının) müsbət xüsusiyyətlərinə də işarə edilmişdir. Zeytun yağından tək məişətdə deyil, mualicə məqsədi ilə də isdifadə olunur. Məsələn , müxtəlif dəri xəstəliklərinə tutulan şəxslər onu bədənlərinə çəkər və bununla da özlərini mualicə edərdilər.

İnsana xeyirli olan digər qida maddələrindən biri də baldır. Bal zehnə və cinsi orqanlara müsbət təsir göstərir. Zehni qüvvətləndirən digər məhsullar-noğul, şəkər və nabatdır. Şəkər zehni qüvvətləndirməklə yanaşı bəlğəmi də əridib məhv edir. Əldə etdiyimiz rəvayətlərdən birində deyilir: İmam Musa (ə) hər gün yatmazdan əvvəl bir qədər bal və ya şəkər yeyərdi. O bu haqda buyurardı: "Bal və şəkərə min dirhəm pul xərcləsəniz belə, israfa yol verməmiş olarsınız.(Yəni bədxərclik etməmiş olarsınız ).

Nəql olunmuş rəvayətlərin birində deyilir: Həzrəti Peyğəmbər (s) hər nə yeyib-içsəydi bu duanı oxuyardı

(Allahummə barik ləna fiyhi və əbdə ləna xəyrən minhu ) (İlahi !yediyimiz şeylərə bərəkət ver və bunlardan yaxşısını bizə əta et).

Həzrəti Peyğəbər (s)südü çox sevərdi və süd içdiyi zaman bu duanı oxuyardı:

(Allahummə barik ləna fiyhi və zidna minhu )

(İlahi!İçdiyimiz şeylərə bərəkət ver və bunu çox əta et).

İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir : Qara qoyunun südü, qırmızı qoyunun südündən və qırmızı inəyin südü qara inəyin südündən daha xeyirlidir.

Müxtəlif tərəvəzlər haqqında da bir çox hədis və rəvayət nəql olunmuşdur: Məsələn lobyanın insana olan xeyiri haqqında deyilir. Lobya ayaq sümüklərini qüvvətləndirir, qabıqla yedikdə isə mədəyə qüvvət verir.

Başqa bir rəvayətdə deyilir: İnsana ən xeyirli olan meyvələr nar, üzüm, əncil, xurma və heyvadır.

Günlərin bir günü imam Rza (ə) xidmətçinin meyvəni yarısınadək yeyib atdığını görür. Onu yanına çağırıb buyurur: Bəlkə də sənin buna ehtiyacın yoxdur!Amma bil ki, sənin müsəlman qardaşlarının bir çoxunun bunlara ehtiyacları vardır. Meyvəni axıradək yeyin və Allah-təalanın sizə bəxş etdiyi bu nemətləri israf etməyin !

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Bilin ki, hər bir meyvənin üzərində zəhər olur, bu səbəbdən də onları yeməzdən əvvəl yaxşıca yuyun!”

Başqa bir rəvayətdə deyilir . "Meyvələrdən ikisi əl ilə yeyilər . Bu iki meyvə üzüm və nardır ".

Rəvayətlərin birində deyilir. Həzrəti Nuh (ə) gəmisindən düşdükdə yer üzündə tufan zamanı həlak olunmuş minlərlə insanın sümüklərini görüb kədərlənir. Allah-təaladan ona belə bir vəhy nazil olur. Ey Nuh! Qara üzüm ye. Bu sənin qəm qüssəni aradan aparar.

Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Səhər çağı ac qarına iyirmi bir dənə qırmızı kişmiş yemək hafizəni artırır və bir çox xəstəliklərin qarşısını alır”

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir : Kişmiş tənəffüs orqanlarının işini sabitləşdirir və yorğunluğu insandan dəf edir.

Həzrəti Peyğəmbər (s) narı çox sevərdi.O, nardan başqa yediyi hər bir şeyi öz yoldaşları ilə bölüşdürərdi, amma narı tək yeməyi sevərdi. O bu haqda buyrardı: "Hər bir narın içindən cənnətdən bir dənə vardır. Kafirlər nar yeyərkən mələklərdən biri həmən dənəni çıxarar və bunu onlara yeməyə qoymazlar.

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Mömin bir şəxs narın hamısını tək başına yeyərsə, Allah-təala şeytanı onun qəlbinin nurundan qırx gün, iki nar yeyərsə yüz gün, üç nar yedikdə isə bir il uzaq edər. Şeytanın vəsvəsəsindən uzaq olan şəxslər günah etməkdən çəkinərlər və günah etməyən şəxslər Allah-təalanın əbədi cənnəti ilə mükafatlanarlar.

Başqa bir rəvayətdə deyilir: " Mədə ağrısından əziyyət çəkənlər süd və bal yesinlər . Bu onlar üçün hər şeydən daha xeyirlidir”.

Qozun nə kimi xeyirli olduğu haqda da bir neçə hədis nəql edilmişdir. Onlardan birində deyilir: "Yay fəslində fəslində qoz yemək hərarəti artırır və insanın fəallaşmasına kömək edər. Qışda yedikdə isə soyuq dəymənin qarşısını almaqla yanaşı böyrəklərin iş funksiyasına da müsbət təsir göstərir. Umumiyyətlə qoz ləpəsini tək yemək bir çox rəvayətlərdə məsləhət görülməmişdir. Məsələn bu rəvayətlərdən birində deyilir . "Qoz ləpəsi ilə pendir ən qidalı yeməklərdən biridir. Bunları ayrılıqda yemək isə insana ziyandan başqa bir şey verməyir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor