Yemək yeməyin qaydaları haqqında |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-02-2015, 02:17 | Şərh sayı: (0) | Baxılıb: 2657
Yemək yeməyin qaydaları haqqında
Yemək yeyərkən müstəhəb olan şeylər. Yaxşı olar ki, insan bardaş qurduğu və ya dizləri üstə oturduğu halda yeməyi sağ əli ilə yesin. Yemək yeyildikdən əvvəl və sonra əlləri yumaq və dişləri fırça ilə təmizləmək lazımdır. Yaxşı olar ki, insan yeməyi tək yeməsin. Süfrə açıldıqda qulluqçu və xidmətçiləri dəvət edib onlarla birlikdə yemək daha yaxşı olar. Ev sahibi yeməyə hamıdan tez başlamalı və hamıdan gec qurtarmalıdır. Ev sahibi əllərini hamıdan tez yumalı və sonra teşt onun sağ tərəfində oturana ötürülməlidir. Bu qayda ilə hamı əllərini yuyub ev sahibinin sol tərəfində əyləşən şəxsdə qurtarmalıdır. Yeməyə başlamazdan əvvəl "Bismillah”, qurtardıqdan sonra isə "Əlhəmdulillah” deməyə xüsusi diqqət yetirmək lazımdır. Yaxşı olar ki yemək yeməzdən əvvəl və sonra bir qədər duz dadılsın.
Bu haqda nəql olunmuş rəvayətlərdən birində deyilir: Yeməyi tələsərək və marçıltı ilə yeməyin, yemək yeyərkən qarşınızda olan şəxslərlə söhbət etməyin və onların üzünə baxmayın.
İmam Musa (ə)-dan nəql olunmuş hədisdə deyilir: Həzrəti Peyğəmbər (s) səhabələrinə təkidlə tapşırardı ki, səfərə tək çıxmasınlar və səfər zamanı yola götürdükləri yemək azuqəsini tək yeməsinlər və nəhayət öz evlərində tək yatmasınlar.
Imam Rza (ə) süfrə arxasında oturduğu zaman özü yediyi yeməklərdən bir qədər ayırıb ehtiyacı olanlara göndərməyi əmr edərdi.
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Yediyiniz yeməklərin halal və ya haram olmasına xüsusi diqqət yetirin . Haram yemək-içməklərdən uzaq olun və haram yemək-içmək olan məclislərdə iştirak etməyin. İştirak etdiyiniz məclislərdə müsəlmanların qeybəti olunarsa oradan uzaqlaşmağa çalışın.
Məkruh olan şeylər haqqında nəql olunmuş başqa bir rəvayətdə deyilir. "Yeməyi sol əlinizlə, sağ və ya sol tərəfə soykənərək (və ya uzanaraq) yeməyin. Əgər çarəsizlik üzündən olarsa bunun heç bir eybi yoxdur.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Allah Peyğəmbəri (s) təvəzükarlıq əlaməti olaraq heç vaxt söykənərək bir şey yeməzdi. O ömrünün sonunadək hamı kimi oturar və hamı kimi yeyərdi.
Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Bardaş quraraq oturduğunuz zaman bəzi təriqətlərə xas olan qaydada ayağınızı ayağınızın üzərinə qoyaraq oturmayın .Yol gedərkən bir şey yeyib içməkdən çəkinin , yox əgər çarəsizlik üzündən olarsa bunun heç bir maneəsi yoxdur.”
Başqa bir hədisdə deyilir: Allah peyğəmbəri süfrə kənarında təşəhhüddə oturduğu kimi oturardı və süfrəyə bir neçə təam qoyduqdan sonra daha başqa bir şey gözləməzdi.
O, səhabələrə tövsiyə edərək buyrardı: Süfrə dörd növ təam qoyulduqdan sonra gözləməyin. Başlamazdan əvvəl əllərinizi yuyun və Allahın adını çəkərək başlayın.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "ruzinizin bol olmasını isdəyirsinizsə yeməkdən əvvəl əllərinizi yuyub qurulayın, yeməkdən sonra yuduqda isə qurulamayın və əlinizi üzünüzə çəkərək bu duanı oxuyun :
(Əlhəmdu lillahi muhsinil-mucmilil-munimil-mufzil )
İmam Rza (ə) yeməkdən sonra əllərini yuduğu zaman "əşnan”(gözəl ətri olan bitki növüdür) çeynəyərdi və bunun xeyrini izah edərkən buyurardı. Əşnan ağzın qoxusunu dəyişir və cinsi əlaqənin fəallaşmasına köməklik edir. İmam Məhəmməd Təqi (ə) günorta yeməyini yeyib qurtardıqdan sonra əlini qurulamazdan əvvəl bu duanı oxuyardı .
(Allahumməcəlni mimmən la yurhiq vəchəhu qətərun və zilləh).
Peyğəmbər (s) isə yemək yedikdək sonra əllərini yuyub qurulamazdan əvvəl üzünə çəkərək bu duanı oxuyardı.
(Allahummə inni əsəlukəz-ziynətə vəl-məhəbbətə və əuzu bikə minəl-məqti vəl-bəğzətə).
İmam Rza (ə) əli təmiz olsa belə onu yemək yeməzdən əvvəl yuyaraq və yuxarıdakı dualardan birini oxuyardı.
Həzrəti Peyğəmbər (s) yeməkdən sonra oxuduğu dualardan biri də bu olmuşdur.
(Əlhəmdulillahilləzi hədana və ətəməna və səqana və kullu bəlai salihə əvlana). Duzun nə qədər əhəmiyyətli olduğuna dair bir neçə hədis və rəvayət nəql olunmuşdur. Onlardan birində deyilir: Həzrəti Peyğəmbər (s) Əli (ə)-ı yanına çağırıb buyurur : Ey Əli !Yeməkdən əvvəl və sonra bir az duz meyl et. Duz bir çox xəstəliklərin qarşısını alır və mədədə yeməklərin həzminə köməklik edir.
Ərəblər duzu tək məişətdə deyil, təbabətdə də isdifadə edirlər. Belə ki, həzrəti Peyğəmbər (s) namaz qılarkən əqrəb sancarkən yaranın üzərinə bir az duz qoyub bağlamış və zəhərlənmənin qarşısını ala bilmişdi.
Bu haqda nəql olunmuş başqa bir rəvayətdə deyilir . Allah-təala Musa (ə)-a xitab edərək buyurdu : Ey Musa ! Qövmünə de ki, yeməkdən əvvəl və sonra duzdan isdifadə etsinlər . Belə etməklə onlar bir çox xəstəlikləri özlərindən dəf etmiş olarlar.
Səlamət ibni Mehran imam Sadiq (ə)-dan soruşur : "Namaz yemək vaxtı ilə üst-üstə düşərsə birinci hansını yerinə yetirmək lazımdır? İmam Sadiq (ə) buyurur: Namaz qılmağa vaxt olarsa birinci yeməyinizi yeyin. Yox əgər namazın fəzilətli vaxtı keçərsə və ya vaxt azlığından namaz qəza olarsa ilk növbədə namaz qılıb sonra yemək lazımdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər