RSS
 

Login:
Şifrə:
» » İslam astanasında

Xəbər lenti

Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi...
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İslam astanasında

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-08-2015, 23:54 | Şərh sayı: (0) | Baxılıb: 414

İslam astanasında


İslam astanasında


Bilal əslən Afrika həbəşlərindən olan Rəbbahın oğlu idi. Bilalın Fil ilindən on il ötmüş dünyaya gəldiyi bildirilir. Fil ilinin tarixi başlanğıc kimi götürülməsi Əbrəhənin Kəbəyə fillərlə yürüşü hadisəsi ilə bağlıdır. Həzrət Peyğəmbər (s) də həmin il anadan olmuşdur. Bilalın ata-anası qul olmuşdur. Bilalın yeniyetmə və gənclik dövrü Qüreyş fəsadının tüğyan etdiyi illərə təsadüf edir. Qüreyşilər zülm, fitnə-fəsad əhli idilər. Onlar bəzən öz eyş-işrət məclislərini Allah evinin kənarında qurardılar.

Bilalın fitri paklığı qul olmasına baxmayaraq, onu nəzərə çarpdırırdı. Ona ehtiram göstərir, böyük işlər tapşırırdılar. Bilal məhrumluq və təhqir nəzərincə başqa qullardan fərqlənməsə də, yaxşı xüsusiy-yətlərinə görə seçilirdi. Onun qəlbində müşriklərə, zalım ağalara qarşı daim qəzəb alovlanırdı. İllər ötdükcə onun əyyaş, mənfəətpərəst, zalım quldarlara nifrəti şiddətlənirdi. O öz pak ruhunu ilahiləşdirmək üçün fürsət axtarır və şəhvət, qüdrət, zər-ziba bəndələrinin əsarətindən qurtulmağa çalışır-dı.

İslam günəşi Məkkədə parladığı və həzrət Məhəmməd (s) insanların qurtuluşu üçün peyğəmbərliyə seçildiyi vaxt Bilalın otuza yaxın yaşı vardı. O, Məkkəyə gedib-gəldiyindən həzrət Məhəmmədin (s) dəvəti haqqında eşitdi. Onun təşnə ruhu yeni xəbər, Peyğəmbər (s) haqqında daha dəqiq məlumat sorağında idi. Az-çox Quran ayələrindən də eşitmişdi.

Bir gecə işlərini yerinə yetirdikdən sonra fürsət tapıb, özünü həzrət Peyğəmbərə (s) yetirdi və onun mübarək dilindən Quran ayələrini eşitdi. Bilalın gözləri sevinc yaşları ilə dolmuşdu. O uzun illərdən sonra öz axtardığını tapmışdı. Təvazökar şəkildə özünü Peyğəmbərin qədəmlərinə atdı və İslamı qəbul etdi. Bilal bilirdi ki, İslamı qəbul etməsi ona baha başa gələcək. Lakin həqiqətə olan sevgi, Peyğəmbərə və onun ayinlərinə məftunluq Bilalı istənilən bir işgəncənin qəbuluna hazırlamışdı.

Ağalarının gözündən yayınıb, hər gecə məxfi şəkildə Peyğəmbərin (s) görüşünə gedər və ruhunu Peyğəmbərin (s) kəlamları zümzüməsində təravətləndirərdi. Peyğəmbərlə görüşlər yavaş-yavaş bəllənirdi. Bir gün Məscidül-həramda Kəbəni təvaf edirdi. Bütlərin yanına çatarkən onları nifrətlə süzdü və bir bütü təhqir etdi. Bu vaxt müşriklərdən biri məxfi şəkildə Bilalı izləyirdi. Həmin şəxs gördükləri haqqında Bilalın sahibi Üməyyə ibn Xələfə xəbər verdi.

Üməyyə, İslamın və Peyğəmbərin (s) qatı düşmənlərindən olan bu şəxs heç cür inana bilmirdi ki, onun qullarından biri müsəlman olub. O çox qəzəbləndi və dedi: "Ona bir divan tutaram ki, bir daha kimsə müsəlman olmaq fikrinə düşməz.”

Bilal işgəncələrə dözməyə hazır idi. Üməyyənin onunla söhbətləri Bilalı qane etmədi və Bilal Peyğəmbərdən, Peyğəmbərin dinindən uzaqlaşmadı. Ona görə də Üməyyə Bilalla sərt rəftar etmək qərarına gəldi.

Allah yolunda işgəncə

Məkkəni götürmüş təzə xəbərlər,
Allahpərəst quldan danışır hamı.
İşgəncə altında əzilir Bilal,
Qızmar günəş altda qovrulur canı.
* * *
Göyərmiş əzalar yaralı, qanlı,
Əqidə yolunda içilir zəhər,
Qamçılar ilan tək çalır Bilalı.
Gücsüz əzalarda qalmamış təpər.
* * *
Amma gecə karvan təki ötəsi,
Sabahkı işığa qəlbdə ümid çox.
Çox keçməz, Bilalın azan səsindən
Xain bəbəklərə batar acı ox.
* * *
Gün ötür, Kəbədən ucalır azan,
Müşrik könüllərdə qəzəb, titrəyiş.
Bilalın təkbiri ruhlara dərman,
Nəhayət, soraqda ilahi görüş.


Başqalarının gözünün odunu almaq, onları qorxutmaq üçün şirk başçıları onlara itaət etməyənlərə cəmiyyətin gözü qarşısında işgəncə verərdilər. İşgəncə mərasimləri onlar üçün həm də bir əyləncə idi.

İndi də şəhərdə verilmiş elan əsasında bir çoxları Üməyyənin qulu Bilalın cəzalandırıl-ması səhnəsinin tamaşasına toplaşmışdılar. Həm Üməyyənin İslamla düşmənçiliyini, həm Bilalın İslam dininə vəsfəgəlməz bağlılı-ğını bilən xalq bu qara qulun başına nə gələcəyini maraqla izləyirdilər.

Üməyyənin gözlədiyinin əksinə olaraq, Bilala işgəncə verilməsi nəinki İslama meyli azaltmadı, əksinə müsəlmanların müqavimət və möhkəmliyini bir qədər də artırdı. Bilalın ağır işgəncələrə mətanətlə dözməsi bir çoxlarını İslama sövq etdi. Bilal müsəlman-lığını ilkin olaraq açıqlayan yeddi nəfərdən biri idi.

Yasirin də ailəsi (Yasir, Süməyyə, oğlu Əmmar) öz dini yolunda ağır işgəncələrə məruz qalanlardan idi. Yasir və Süməyyə İslam yolunun ilk şəhidləri oldular. Onların möhkəm qəddi qırılsa da, şəhadətə yetişsələr də, iman və iradələri sarsılmadı.

Bilal da bu zümrədən olduğu üçün ağır işgəncələrə düçar oldu. Üməyyənin göstərişi ilə onu xalqın gözü qarşısında əl-ayağı bağlı vəziyyətdə Hicazın yandırıcı günəşi altda qaynar qumun üzərinə uzadıb, sinəsinə böyük bir daş qoydular. Bu daş Bilalı isti quma sıxır, dərisini yandırıb, bədənini qovururdu.

Bilal öz qəlbini Allaha tapşırmışdı və səsini çıxarmadan dözürdü. Yalnız "əhəd, əhəd” pıçıldayırdı.

İşgəncə altında eşidilən səs

Yalnız "əhəd” idi − zəif, müqəddəs!

Üməyyə tələb edirdi ki, Bilal Məhəmmədin (s) dinindən üz döndərsin, yoxsa onu bu haldaca öldürəsidir. Bilal Üməyyənin təklifinə belə cavab verdi: "Ey Üməyyə! Əvvəl dediyim kimi, Məhəmmədin (s) peyğəmbərliyinə imanım sadəcə bir həvəs deyil ki, gah ona bağlanım, gah da ondan uzaqlaşım. Məni əzablamı qorxudursan?! Əmin ol ki, ən ağır işgəncələrin altında da məndən Allah və Onun rəsuluna şəhadətdən başqa bir söz eşitməyəcəksən!”

İşgəncələr davam edirdi. Qızdırılmış daşlar Bilalın bədəninə yapışdırılırdı. Bu daşlar onun dərisini yandırıb, parça-parça qoparırdı. Bu səhnəni seyr edənlərin çoxu dözməyib, üzünü yana çevirir, gözlərini yumurdular. Amma Əbu-Cəhl, Üməyyə və onlar kimi digər İslam düşmənləri Bilalın əzabəziy-yətindən ləzzət alır, şadlanırdılar.

Bilal öz iman qüvvəsi və dəmir iradəsi ilə misilsiz dözüm göstərirdi. Üməyyə elə düşünürdü ki, Bilal bir daha Peyğəmbərə (s) yaxın gedəsi deyil. Amma ona yaxınlaşdıqda zəif, üzülən bir səslə "əhəd, əhəd” pıçıldadı-ğını eşitdi. Bilal Allahın birliyinə şəhadət verirdi. Üməyyə bu vəziyyəti görüb daha da qəzəbləndi və təkrar işgəncəyə başladı.

Bilalın qəlbi təvəkkül və səbr dəryasına bağlanmışdı. O, Allahı zikr etməklə öz yaralarına məlhəm qoyur və öz heyrətamiz dözümü ilə inqilab yaradırdı. Bilalın səbr və dözümü, həqiqətən də, onun ağalarını dizə çökdürdü. Onlar böyük imkanlarına baxmayaraq, Bilalın qarşısında aciz qaldılar. Onu yaraları sağalanadək işgəncə məqsədi ilə azad etdilər.

Üməyyə səhəri gün Bilala dedi: "Dünən səni çox incitmədim. Düşündüm ki, tutduğun yoldan geri dönəcəksən. Amma əqidəndən dönməsən, bu gün sənə bir işgəncə verəcəyəm ki, dünənki onun yanında heç olsun.” Bilal dedi: "Üməyyə, düşünmə ki, işgəncə və hədələrlə əqidəmi sındıra bilərsən. İslam yolunda ölmək mənim üçün çox şirindir.”

Həmin günün səhəri xalq yenidən Bilalın işgəncələrini seyr etmək üçün meydana toplaşdı. Üməyyənin göstərişi ilə Bilalı gətirdilər. Ötən günkü yarları hələ də sağalmamışdı. Onun ayaqları bağlanmışdı. Əllərini də uzun bir iplə bağlayıb ipin ucunu bir neçə nəfərə verdilər. Onlar var qüvvələri ilə qaçaraq, Bilalı arxalarınca sürüməyə başladılar. Daş-kəsək üstü ilə sürünən Bilalın sağ qalmasına ümid yox idi. Bununla belə, o, müqəddəs tövhid şüarını, "əhəd-əhəd” kəlmələrini təkrarlayırdı.

Bəzən də onun yaralı bədəninə dəmirdən hazırlanmış geyim geyindirir, günəşin qabağında saxlayırdılar. Amma bu işkən-cələrin təkrarı onun əzmini qırmır, əksinə, imanını daha da artırır, möhkəmləndirirdi. Bilalın böyük səbr və dözümü ətrafdakılara təsir edir, dost da, düşmən də ona əhsən deyirdi. Hətta hamının hörmətlə yanaşdığı məsihi alim Bilalın dözümünü görüb dedi: "Bilalın dözümü və onun bir Allaha inamı məni heyran qoymuşdur. And olsun Allaha, əgər bu qul bu yolda şəhid olarsa, mən onun qəbrini ziyarətgah qərar verib, ziyarətindən bəhrələnəcəyəm.

Bəziləri Bilalı sevdiklərindən ona məsləhət görürdülər ki, təqiyyə etsin, yəni əqidəsini gizlətsin. Amma Allaha və Onun rəsuluna eşq bu yolda işgəncələri də Bilala sevdirmişdi.

Bir çox tanınmış şairlər Bilalın işgəncə səhnəsini nəzmə çəkmiş, öz əsərlərində onu yad etmişlər. Bu şerlərdən birində deyilir:

Əlbət, eşq yolunun keşməkeşi var,
Tikanlı, zəhərli, acı suallar!
Nədən Məhəmmədə iman gətirdin?
Ağanın dinindən çevrildi qəlbin.
Qızmar günəş altda, tikanlar üstə
Can əzabda, könül eşqə həvəsdə.
Bilalı tövbəyə çəksə də ağa,
Eşq tövbədən qabaq durur ayağa.
Yaman çətin olmuş onun tövbəsi,
Qırılır ağanın son iradəsi.
Sevgi həvəsiylə candan keçilmiş,
Döyüləcək qapı artıq seçilmiş.
Damarlardan axan ilahi sevgi
Bir belə əzabı duymadı sanki.
"Tövbə, tövbə” deyir zalım sorğuçu,
Haqqa qul olanın nə imiş suçu?!
Eşq mənə qalibdir, mən ona məğlub,
Artıq könül onun ləzzətin duyub,
Küləklər qoynunda yarpaq kimiyəm,
Gedəcəyim yeri hardan bilim mən?!
Gah bulud üstəyəm, gah yağış altda,
Eşq ardınca gözlər dönür saatda.
Sel üstə şütüyən yarpaqdır aşiq,
Son mənzili məşuq biləsi dəqiq.
Qızmar daşlar altda yansa da bədən,
Yenə məşuquna çatası hökmən.
Yaralardan axan laləli qanlar,
Gülşənə dönəsi nə vaxtsa naçar.
Nə qədər başda var eşqin havası,
Can daş altda, könül eşqdə yanası
Çarmıxa çəkilir gün doğmamış can.
Çılpaq əzaları qucaqlır tikan.
Ağır işgəncədən əyilsə də qədd,
Dil bir kəlmə söylər: "əhəd” ki, "əhəd”!



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor