Qarabağdakı döyüşlərin 4 səbəbi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-03-2017, 00:22 | Şərh sayı: (0) | Baxılıb: 213
Qarabağdakı döyüşlərin 4 səbəbi
“Dağlıq Qarabağda gərginliyə səbəb olan hücumu Ermənistan tərəfi etdi. Biz mənzərəni tam aydınlaşdıra bilməsək də, erməni hərbi nümayəndələrinin bəyanatları hücumun onlar tərəfindən edildiyini göstərdi”.
İslam.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü, politoloq Sergey Markov deyib.
S.Markov Ermənistanın hücuma keçməsinin 4 səbəbini və əsas planını açıqlayıb.
Onun sözlərinə görə, İrəvan “aprel müharibəsi”ndə azad olunmuş əraziləri qaytarmağa çalışır: “Birinci hədəf müdafiə xəttinin birliyini gücləndirmək, ikinci hədəf isə Ermənistan prezidentinin son zamanlar düşən nüfuzunu artırmaqdır. Sarkisyan “kiçik qalibiyyətlə” buna nail olmaq istəyir. Bundan başqa, müharibə İrəvana münaqişə tərəflərinə təklif edilmiş həll düsturundan yayınmağa imkan verir”.
S.Markov əlavə edib ki, təklif edilən həll düsturunda Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulur: “Aydındır ki, müharibə İrəvana “müharibə gedirsə, biz necə mübadilə aparaq?!” deməyə imkan yaradır”.
Kremlə yaxın politoloq 25 fevral hücumunun daha bir səbəbinin olduğunu vurğulayıb.
“Uzun müddət Ermənistan ordusunun Azərbaycan Ordusundan güclü olduğu haqda danışılırdı. Lakin “aprel müharibəsi” bunun belə olmadığını göstərdi. Hesab edirəm ki, erməni ordusunun döyüş ruhunun qaldırılması, erməni xalqında orduya inamın artırılması bu hücumun əsas səbəblərindən biridir”, - deyə o bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər