"Ermənilər mülki əhaliyə qarşı zorakılıq, döyüş meydanındakı meyitlərə hörmətsizlik ediblər" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-04-2016, 19:35 | Şərh sayı: (0) | Baxılıb: 513
"Ermənilər mülki əhaliyə qarşı zorakılıq, döyüş meydanındakı meyitlərə hörmətsizlik ediblər"
Erməni silahlı birləşmələri aprelin 2-dən 5-dək cəbhə bölgəsində törətdiyi təxribat zamanı döyüş meydanında qalmış meyitlərə qarşı zorakılıq və hörmətsizlik ediblər.
Ixlas.Az Trend-ə istinadən bildirir ki, bunu aprelin 15-də Müdafiə Nazirliyində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan Baş prokurorunun müavini - Azərbaycanın Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.
X.Vəliyev Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin Azərbaycan torpaqlarının işğalında və törədilən ağır cinayətlərdə iştirakı, son döyüş əməliyyatları zamanı erməni hərbçilərin silahlı münaqişələr hüququnu pozaraq azərbaycanlı mülki əhaliyə qarşı zorakılığı, döyüş meydanında qalmış meyitlərə olan hörmətsizlik, o cümlədən digər fakt və dəlilləri qonaqların diqqətinə çatdırıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər