RSS
 

Login:
Şifrə:
» » Erməni komandirin canına vəlvələ salan ƏSGƏR

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Erməni komandirin canına vəlvələ salan ƏSGƏR

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-04-2016, 23:10 | Şərh sayı: (0) | Baxılıb: 806

Erməni komandirin canına vəlvələ salan ƏSGƏR


Erməni komandirin canına vəlvələ salan ƏSGƏRAzərbaycan bayrağının zirvədən görünüşü, eləcə də bayraq altında 30 əsgərin sırada düzülüşü onu göstərirdi ki, səhər yoxlanışı zamanı Mübariz İbrahimov şəxsi heyətlədir. Özü də sıranın başında dayanıb.

- Əsgər Faiq Hacıyev!

- Burda!

- Əsgər Ülvi Əhmədov!

- Burda!

- ...

Mübariz İbrahimov 30 nəfərin adını sıra ilə oxuduqdan sonra taqım komandiri Fərid Əhmədova hərbi salam verib məruzə etdi:

- Cənab baş leytenant, səhər yoxlanışında şəxsi heyət yerindədir. Sırada 30 nəfər, postda 20 nəfər, növbədə 20 nəfər var. Gün ərzində qanun pozuntusu aşkar edilməyib. Düşmən tərəfdən də sərhəd pozuntusu törədilməyib.

(Bu zaman erməni postlarından bizim məntəqələrə atəş açmağa başladılar. Ətrafdan atışma səsləri yüksəldi)

Taqım komandiri Fərid Əhmədov hərbi yerişlə iki addım atıb, əsgərləri salamladı:

- Salam, əsgər!

- Salam!

Komandir:

-Mənə çatan məlumata görə, Mübariz İbrahimov döyüş məntəqəsindən çıxan hər bir əsgərin silahını yoxlatdırır, təmizliyinə baxır. Hər gün səhərlər şəxsi heyəti sıraya düzüb idman elətdirir. Başqa nə cür olmalıdır? Siz əsgərsiniz! Silahınız da, özünüz də həmişə hazır və təmiz olmalıdır! Sərhəddə - düşmənlə üzbəüz postda dayanırsınız. Burada hər an, hər dəqiqə atışma olur. Silahınız həmişə hazır olmalıdır ki, düşmənə cavab verə biləsiniz. Bir sözlə, sizin hər biriniz Vətəni qorumaq üçün buradasınız! İdman bu işin əsas amilidir, eyni zamanda hər birimizin sağlamlığıdır.

Komandir şəxsi heyətdən hərbi xidmətdən sonra nəçi olacaqlarını soruşanda, sadəcə 5 nəfər hərbçi olacağını dedi. Kimi bankda işləyəcəyini, kimi təhsilinə davam edəcəyini dedi.

- Baxın, Mübariz İbrahimov Daxili Qoşunlarda əsgərliyini başa vurub, o da bankda işləyib, amma sadəcə altı ay, sonra yenə horbi xidmətə gəlib. Xidmət üçün ən ağır cəbhə xəttini seçib. Niyə, bilirsinizmi? O deyib ki, "mən Vətəni qorumalıyam!". Siz də onu özünüzə nümunə götürməli, onun kimi vətənpərvər olmalısınız.

Taqım komandiri nitqinə davam edirdi. Digər tərəfdən də atışma səsləri kəsmirdi.

Fərid Əhmədov "Azad!" komandasını verib, Mübarizlə əsgərlərin postlarını yoxlamağa getdi.

Əsgərlərlə bir az söhbət aparandan sonra üzünü Mübarizə tutub dedi:

- Sən az vaxtdır burada olsan da, axşamlar belə, istirahət vaxtını postlarda olan əsgərlərlə keçirirsən. Bəs yorulmursan?

Mübariz İbrahimov:

- Yorulmuram, komandir, bura Vətən torpağı deyilmi?! Mən də Vətənin qulluğundayam. Gecələr əsgərləri yoxlayıram. Eləsi var ki, yeni gəlib, qorxur. Mən ona ürək-dirək verir, qorxusunu dağıdıram, əsgərlərimizə başa salıram ki, ermənilər bizdən gücsüzdür. Biz onlardan qoxmamalıyıq, çünki güclü ordumuz var.

Komandir:

- Bilirəm, xəbərim var. Ötən gecəni də səhərəcən əsgərlərlə bir yerdə olmusan. Get dincəl, istirahət elə. Azadsan.

Mübariz:

- Oldu, cənab komandir!

Atışma isə davam edirdi.

Bundan sonra Mübariz snayperi götürüb neytral zonada, erməni səngərlərini aydın görə biləcəyi bir yüksəkliyə qalxdı. Ermənilər hava telefonu ilə bizim postdakıları qızışdırırdılar:
"Biz gələcəyik, o, əraziləri də alacağıq. Çıxın gedin oradan...

Mübariz torpaqdan seçilməyən hərbi geyimi ilə təpənin üstündə özünə mövqe seçdi.

Snayperin gözlüyündən erməni səngəri aydın görünürdü.

Qarşıda başqa post da vardı. Erməni komandir atəşə ara verib, yeni gələn 20-yə yaxın əsgərə (onlara əsgər demək olmazdı, ən böyüyü onuncu sinif şagirdi ya olardı, ya olmazdı. Orta məktəbdə onlara güllə atmaq təlimi keçilirdi. Təcrübə üçün isə həqiqi savaş meydanına göndərilirdilər) Azərbaycan tərəfə atəş açmaq öyrədilirdi.
Mübariz onların bir neçəsinin gülləni atmayıb ciblərinə qoyduğunu görürdü. Erməni komandir həmin o 20 nəfərlə "KamAZ" markalı yük maşını ilə gətirilən növbəti dəstənin yerini dəyişdi. Mülki geyimli, orta məktəb uşaqları üzü Azərbaycana tərəf atəş açmağa başladılar. 20 nəfərin atəşi bəs deyilmiş kimi, erməni komandir də hava telefonunda sözlə aranı qatırdı.

Mübariz hava telefonuna cavab verdi:

- Hə, hə, eşidirik. Əgər sən indi atışmanı saxlamasan, 20 nəfər məktəbli öldürüləcək!

Qarşı səngərdə təlaş başladı. Erməni komandirin vasvasalı halı ətrafındakılara da sirayət etdi. O bağırırdı:

- Sən kimsən? Haradasan? Atəşi dayandırmasaq nə olacaq hə, nə olacaq?!

Mübarizin atəşi onun əlindəki hava telefonunun antenasını tərpətdi:

- Əgər atəşi dayandırmasan, ikinci güllə beyninə dəyəcək!

Erməni komandir nə baş verdiyini anlamağa macal tapmadan əsgərlərinə "atəşi kəsin!" deyə əmr verdi. Hava telefonundan onun səsi gəlirdi:

- Əsgər, saxladım! Sən kimsən? Bizi haradan görürsən? Bunu necə elədin? Harada olduğunu de!

Mübariz:

- Mən sizi hər yerdə görürəm. İnanmırsan, bax, sənin başın qarışanda üç məktəbli güllələri ciblərinə doldurdular. Bax o sarı şalvarlı var ha, hələ limonka da oğurlayıb.

- Nə?!

Hirsindən az qala dəli olan erməni komandir yük maşındakıları düşürdü. Üstlərini yoxlayanda Mübarizin haqlı olduğunu gördü.

- Əsgər, sən düz deyirsən. Axı sizin postunuzdan bura görünmür, sən buranı necə görə bilirsən?

Mübariz artıq postdan enmişdi. İndi də öz çarpayısına uzanıb ermənini ələ salırdı:

- Bəs mənim hər yerdə gözüm var, bilmirsən? Hər yerdən görürəm elədiyiniz qələtləri.

- Hə? Onda de görüm indi neynirəm, hə, de!

Ətrafından gələn məktəblilərin səsi ermənini ələ verirdi. Mübariz:

- Nə edəcəksən, o uşaqları döyürsən, ən çox da o sarı şalvarlını.

- Hə, o limonka oğurlayanı deyirsən? Ay Allahın azərisi, sən bu otağın içini haradan görürsən? Niyə mənə yaxşılıq eləyib içimizdəki oğrunu dedin?

- Ona görə ki, mən sizin kimi cani deyiləm. O məktəbli qumbaranı məktəbdə partlada bilərdi və günahsız uşaqlar ölərdilər.

- Mən başa düşə bilmirəm səni. O erməni uşağıdır, qumbaranı da erməni məktəbində partladacaq. Niyə istəmirsən, ermənilər ölsün? Axı onlar sənin düşmənindir.

- Bizim düşmənimiz sizsiniz, azyaşlı uşaqlar deyil! Nə isə, səninlə çox danışdım, mən yatmamışam, gecə güllə atıb məni oyatmayın ha!

Mübariz telefonu söndürəndə komandiri ona yaxınlaşdı:

- Sən o dığaları necə susdurdun? Onlara nə dedin ki, belə qorxuya düşdülər? Bayaqdan o erməni iti Kamo ilə sənin danışığına qulaq asıram.

- O artıq kapitan Kamodur?

- Hə, odur. İki ildir burada komandirəm, Kamo hava telefonundan bizim xəttə girib, bizi hədələyir, özünü telefonda göstərir, sən onu yaxşı susdurdun. Halaldır, qardaş! Dincəl.

O əlini Mübarizin çiyninə vurub uzaqlaşdı.

Səhəri gün Mübariz yuxudan oyandı. Yuyunub, vaxtında namazını qıldı, ibadətini etdi. Sonra da adəti üzrə postlara baş çəkdi. Postlardan birindəki hava telefonundan qoca bir erməninin səsi qulağına çatdı. Erməni bizim əsgərlərə, inəyinin sərhədi keçdiyini deyir, gəlib aparması üçün yalvararaq izn istəydi.

Mübariz:

- Niyə cavab vermirsiniz?

Əsgər:

- Komandir icazə vermir. Ermənilərin işi-gücü bizi telefonda ələ salmaq, bizimlə dalaşmaqdır.

Mübariz telefonu aldı:

- Qoca, get inəyini qaytar, sənə heç kim güllə atmayacaq.

- Yoxsa sən komandirsən? Adın nədir?

- Neynirsən adımı?

- Sizinkilər məni güllələsə, uşaqlar ac qalsa, bilim ki, mənim qatilim kimdir.

Mübariz:

- Biz erməni deyilik, azərbaycanlıyıq. Bizim işimiz qocalar, uşaqlar deyil, get heyvanına sahib çıx, qoca.

Qoca erməni heyvanına tərəf getmək istəyəndə əsgərlərimizdən biri Mübarizdən icazə alıb hava telefonundan asılı qalan qocaya:

- Sən heyvanını sağ-salamat alıb gedə bilərsən. Amma biz tərəfdə bir uşaq, bir yaşlı, ya da eləcə bir heyvan görünən kimi sizin postdakılar atəş açır. Get özünüzünkülərə de ki, bizim də silahımız var, amma biz sizə toxunmuruq. Siz heyvanınızdan ötrü yalvarırsınız, gedin götürün, biz buna icazə veririk.

- Mənim kimi imkansız birinin heyvanına güllə atanın Allah bəlasını versin. Sizdə mənim kimi iki inəyindən başqa heç nəyi olmayan bir kasıb yoxdur. Mənim varım-yoxum heyvanlarımdır, onlar olmasa, uşaqlarım, nəvələrim acından öləcək, - deyən qoca erməni Azərbaycan postu yaxınlığına qədər gəlib heyvanları öz tərəflərinə doğru haylamağa başladı. Hava telefonunu da əlindən buraxmayıb əsgərimizlə danışırdı.

Mübariz planşetindəki dəftərçəyə erməni qocanın hansı istiqamətdə getdiyini qeyd edirdi. Öz-özünə düşünürdü ki, bəlkə də bu erməninin getdiyi yerdə mina var. Qoca erməni öz postuna çatandan sonra da danışmağa davam edirdi:

- Deyin görüm mənə bu yaxşılığı edən kimdir? Mən onu tanımaq istəyirəm.

Mübariz:

- Mənim adımı neynirsən, qoca?

- Mənim adım Radikdir. Bakının çörəyini yemişəm, hər şeyim vardı, Allah müharibə salanın bəlasını versin. İndi mənim iki inəyimdən başqa heç nəyim yoxdur. Sən ki mənim malıma sahib çıxmağa icazə verdin, mən hər gün sənə dua edəcəyəm. Xahiş edirəm, mənə adını de.

- Mənim adım əsgərdir. Əsgər.

- Ara, sənin adına qurban olum, ara, bizim komandir Kamonu qarınağrısına salan sənsən? Sənin adın gələndə yaman qorxur. Əsgərlərin başının üstünü kəsdirib səndən danışır. Elə hey deyir: "Bir əsgər var, gəlib bizi qıracaq". Ara, sən onun canına elə qorxu salmısan, hər gün adını sayıqlayır.

- Qoca, sən bunları haradan bilirsən?

- Mənim nəvəm orda əsgərdir. Ara, köpəyin oğlu əsgərlərin pulunu alıb, evə buraxır. Oradakı əsgərlərin yarısından çoxu evlərində olur. Hər ayda bir dəfə gəlib onun "dolya"sını verib gedirlər. Mənim kimi kasıbların balaları da onların əvəzinə postda durur. Sən onu necə qorxutmusansa evə buraxdıqlarını yığır başına, hər posta iki-iki əsgər qoyur.

- Yaxşı, sən bizim dili hardan bilirsən?

- Bakı ermənisiyəm də, "Zavağzalnı"da, Stepanyan 36 ünvanında yaşamışam. Məni orda hamı tanıyır. Bakıda pulum, varım dövlətim başımdan aşırdı. Ara, 1990-cı ildə bura, Qarabağa gəldim, hər şeyim əlimdən çıxdı. İndi acından ölürəm, bir oğlum Xocalıda öldü, biri də müharibədən sonra vərəmdən öldü. Bir qızım Krasnodardadır, indi nəvələrimlə tək qalmışam.

- Xocalını yadıma salırsan, qoca, deyirsən, oğlun orada ölüb, hə?

- Hə, mən də itki verdim orda. İndiki müdafiə naziri Seyran Ohanyan, indiki prezidentimiz Sarkisyan bizə od qoyublar. Mən Qarabağa yeni gəlmişdim, pulum-malım vardı. Oğlum 18 yaşın içindəydi, Xocalıdakı dəhşətləri görüb dözmədi, özünü öldürdü.

- Nəyə görəsə mən sənə inanmıram. Heç erməniyə oxşamırsan...



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor