Ermənistanda panika: Gümrüdə nə baş verir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-04-2016, 00:22 | Şərh sayı: (0) | Baxılıb: 231
Ermənistanda panika: Gümrüdə nə baş verir?
Qarabağda hərbi əməliyyatların dayandırılmasının ardınca Ermənistandakı Rusiya hərbi bazası ətrafında qəribə şaiyələr yayılmağa başlayıb.
Bəzi Ermənistan KİV-ləri Gümrüdəki Rusiya hərbi bazasının ətrafında patrul xidmətinin gücləndirildiyini, hətta hərbi texnikanın küçələrə çıxdığını və rus hərbçilərinin ailələrinin Ermənistanı tərk etdiyini yazıblar. Gümrü şəhərinə təbii qazın verilməsinin qəfil dayandırılması da şayiələri və panikanı gücləndirib.
"Sputnik" agentliyinin erməni xidmətinin bildirdiyinə görə, şaiyələri körükləyən "Qraparak" qəzeti olub. Qəzet Gümrü bazasında rusların özlərini qəribə apardıqlarını, küçələrə hərbi texnika çıxardıqlarını yazıb.
Lakin agentliyin müxbiri Gümrüdə olarkən söhbətləşdiyi taksi sürücüsü belə məlumatları "şayiə" adlandırıb. "Onsuz da, Qarabağa görə əhali çox narahatdır, nəyə lazımdır belə şayiələr yaymaq", - Karapet adlı sürücü deyib.
Panikanın artması ilə bağlı Gümrü meriyası da xüsusi açıqlama verib və Rusiya hərbi bazasının küçələrə texnika çıxarmasını təkzib edib. Ancaq meriya Rusiya hərbçilərinin ailə üzvlərinin şəhəri tərk etməsini inkar etmir. Bildirilir ki, bu normal haldır, əvvəllər də hərbçilərin ailələri Rusiyaya gediblər və qayıdıblar.
Ermənistanda Rusiya hərbi bazası ətrafında belə şayiələrin yayılması İrəvanın Qarabağda 4 günlük müharibə zamanı öz strateji müttəfiqindən incikliyi ilə əsaslandırılır. Ermənistan həmin müharibə zamanı Azərbaycanın Rusiyadan aldığı yeni silahları tətbiq etməsindən şikayətlənir.
Prezident Sərkisyan və digər erməni rəhbərləri Rusiyadan Azərbaycana silah satışını dayandırmağı istəyirlər. Lakin onların bütün gözləntiləri boşa çıxıb, Rusiya rəsmiləri bildirib ki, Azərbaycana silah satışı davam edəcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər