Qarabağa PKK terrorçularının göndərildiyi nə dərəcədə inandırıcıdır? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-04-2016, 15:22 | Şərh sayı: (0) | Baxılıb: 221
Qarabağa PKK terrorçularının göndərildiyi nə dərəcədə inandırıcıdır?
PKK terror təşkilatının Ermənistana dəstək məqsədilə Dağlıq Qarabağa silahlılar göndərməsi inandırıcı deyil.
Bunu Milli.Az-a açıqlamasında təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov PKK terror təşkilatının Ermənistana dəstək məqsədilə 400 silahlı göndərdiyi barədə Türkiyə KİV-lərinin yaydığı məlumatı şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, Türkiyədə bəzi KİV-lər Rusiyadakı kimi ara qarışdırmaqla məşğuldurlar: "Mən Türkiyə KİV-lərini həmişə yaxından təqib edən şəxs kimi deyə bilərəm ki, bəzi media orqanları adətən yoxlanılmamış, uydurma məlumatlar yayırlar. Onlar və hətta bəzi siyasətçilər belə məlumatlardan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. PKK-çıların Dağlıq Qarabağa göndərilməsi əsla mümkün olan şey deyil. Bununla bağlı çox izahat verməyə heç lüzum da yoxdur. Sadəcə bunu demək bəsdir ki, onsuz da bölgədə döyüşlər dayanıb. Onlar gedib orada nə edəcəklər? Ona görə də belə məlumatlar inandırıcı deyil, populist xarakter daşıyır".
Qeyd edək ki, report-un Türkiyə KİV-lərinə istinadən yaydığı xəbərə görə, terrorçu PKK qruplaşması Ermənistana dəstək məqsədilə 400 silahlı göndərib. Həmin terrorçular PKK-nın Kandil dağı (İraq ərazisi) və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq, Ağrı dağı ərazisindən Ermənistana keçiblər.
Məlumatlarda qeyd olunur ki, Ermənistanda silahlılara terrorçu PKK-ya aid "Ağrı Qartalları" adlı qrupun erməni əsilli üzvləri Livan Karadağ, Hemaran Kervaçyan və Servet Bagopşin bələdçilik ediblər. Onlar üçün Ermənistanın Göyçə gölü (Sevan) sahillərində, Vardenis (Göyçə) rayonunda düşərgə salınıb. Terrorçu PKK silahlıları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndəriliblər. Onlar Azərbaycanın işğal altında olan Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarına yerləşdiriliblər.
Bildirilir ki, bu planı KCK ("Kürd İcmaları Birliyi") adlı terrorçu təşkilatın İdarə heyətinin həmsədri Bese Hozat həyata keçirir. O, Türkiyənin Tunceli bölgəsində anadan olub. Ermənistana keçən 400 silahlıdan 150-sinin terrorçu PKK-nın Suriyadakı qolu PYD üzvü olduğu deyilir. Onların arasında erməni etnik qrupuna məxsus silahlının da olduğu bildirlib.
Əlavə edilir ki, Moskvada terrorçu PYD-nin nümayəndəliyi fəaliyyət göstərir.
Xatırladaq ki, ötən gün ASALA terror təşkilatının liderlərindən biri, Paris terrorunun təşkilində adı hallanan Livan ermənisi Vazgen Sislyanın da Ermənistanın əli ilə Qarabağa gəldiyi barədə məlumat yayılıb.
İlkin İzzət
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər