Azərbaycan iqtisadiyyatına görə “qismən azad” ölkələr arasında... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 16:16 | Şərh sayı: (0) | Baxılıb: 255
Azərbaycan iqtisadiyyatına görə “qismən azad” ölkələr arasında...
Energetika sektorunun inkişafı, dünya ticarətinə açıqlıq Azərbaycanın bazar iqtisadiyyatına keçidinə kömək edib.
Nəticədə, Azərbaycan “Heritage Foundation” fondunun 2015-ci il üzrə “İqtisadi Azadlıq İndeksi” hesabatında 60,2 balla 178 ölkə arasında 91-ci olub.
Contact.az xəbər verir ki, yerli iqtisadiyyat “qismən azad” (Moderately Free) ölkələr sırasındadır. Ən yaxşı göstəriciləri “fiskal azadlıq”, ”səmərəli idarəetmə” və “azad ticarət” üzrədir. Mülkiyyət hüququ, korrupsiyadan azadlıq üzrə göstəricilər ötən ilə nisbətən 0,8 pisləşib.
Fondun ekspertləri hesab edir ki, ölkədə muzdlu işçilərin peşəkarlıq səviyyəsi yüksək deyil, istehsal bazası genişləndirilməlidir.Azərbaycan cədvəldə Qazaxıstan, Türkiyə və Ermənistanla qonşudur, Gürcüstandan xeyli geri qalır. RF, Qırğızıstan və Tacikistan “əsasən qeyri-azad”dır. MDB-də ən pis mövqe Belarus, Özbəkistan və Türkmənistanındır. Onların iqtisadi azadlığı “boğulur”.
Ən azad iqtisadiyyatı olan ölkələr Honq Konq (88,6 xal), Sinqapur (87,8 xal), Yeni Zelandiya (81,6 xal), İsveçrə (81 xal) və Avstraliya (80,3 xal) olub. Heritage Foundation ekspertlərinə görə, iqtisadi azadlıq olmayan yerdə ümumiyyətlə azadlıq yoxdur. Çünki o, insanlara işləmək, əldə etmək, ticarət, investisiya imkanı yaradır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər