Bakıda kütləvi dava, 3 polis yaralandı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 15:52 | Şərh sayı: (0) | Baxılıb: 302
Bakıda kütləvi dava, 3 polis yaralandı

Sabunçu Rayon Polis İdarəsindən virtualaz.org-a verilən məlumata görə, gecə saat 00.59-da 102 xidmətinə İlham Bəykişi oğlu Məmmədov soyadlı bir nəfər zəng edərək bildirib ki, adıçəkilən kafenin işçiləri ona bıçaqla hücum ediblər.
Sabunçu RPİ-nin 5 nəfər əməkdaşı dərhal hadisə yerinə yollanıb. Amma kafedə polislərlə müştərilər arasında əvvəlcə mübahisə, sonra isə dava düşüb. Nəticədə üç polis əməkdaşı müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Onların hər üçü 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Buna baxmayaraq, polisə hücum edənləri yaxalamaq mümkün olub. Onlar Beyləqan sakinləri - əvvəllər məhkum olunmuş və polisə zəng etmiş, 1986-cı il təvəllüdlü İlham Məmmədov, 1987-ci il təvəllüdlü Dəyanət Muradov və 1986-cı il təvəllüdlü Ceyhun Məlikovdur.
Hazırda faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər