Tələbələrin informasiya texnologiyaları üzrə biliklərinin artırılması üçün yeni imkan |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 12:01 | Şərh sayı: (0) | Baxılıb: 304
Tələbələrin informasiya texnologiyaları üzrə biliklərinin artırılması üçün yeni imkan

Trend-in məlumatına görə, eyni zamanda, mühəndislik sahəsində təhsil alan tələbələrin rəsmi lisenziyaya malik proqram təminatlarından faydalanması məqsədilə universitet tərəfindən Autodesk Academic Resource Center qeydiyyatdan keçirilib və nəticədə resurslardan rəsmi istifadə imkanı təmin edilib. Əlavə olaraq universitet tərəfindən akademiyalar çərçivəsində nəzərdə tutulmayan istiqamətlər üzrə imkanları genişləndirmək, bu sahə üzrə fəallığın artırılması, tələbələr arasında informasiya mübadiləsinin aparılması məqsədilə AZİİ-İTClub təsis edilib.
AZİİ-İTCluba üzv olmaq istəyən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri 01 fevral 2016-cı il tarixindən 25 fevral 2016-cı il tarixinə qədər asoiu.edu.az saytında “AZİİ-İTCluba qeydiyyat” formasını dolduraraq müraciət edə bilərlər. Təlimlər üçün nəzərdə tutulmuş yerlər məhduddur. Təlimlərdə iştirak etmək istəyən şəxslərin ilkin kompüter və başlanğıc səviyyədə texniki ingilis dili üzrə biliklərinin olması tələb edilir.
Tələblərə cavab verən tələbələrin seçimi məntiqi təfəkkürün yoxlanılması ilə həyata keçiriləcək. Hər təlim kursu üzrə ən yüksək nəticə göstərən ilk 20 tələbənin cəlb edilməsi nəzərdə tutulub. AZİİ-İTClub barədə tələbələrin məlumatlandırılması məqsədilə 20 fevral 2016-cı il tarixdə, saat 11:00-da görüşün keçirilməsi planlaşdırılır. Ətraflı məlumat almaq istəyən tələbələrin görüşdə iştirakı tövsiyə edilir.
Akademiyalar çərçivəsində reallaşdırılacaq təlimlər AİSTGroup şirkətinin beynəlxalq sertifikatlı mütəxəssislərinin iştirakı ilə həyata keçiriləcək.
Təlimlər nəticəsində tələbələrin bilik səviyyələrinin artırılması və beynəlxalq sertifikatlara yiyələnmələri məqsədilə nəzəri və praktiki məlumatların verilməsi təmin olunacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər