Rusiyada işsizlərin rəsmi sayı 1 milyonu keçib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 11:21 | Şərh sayı: (0) | Baxılıb: 220
Rusiyada işsizlərin rəsmi sayı 1 milyonu keçib
Rusiyada rəsmi qeydiyyata alınmış işsizlərin sayı yanvar ayının son həftəsində 3,4% artaraq 1 milyonu keçib. Novator.az xəbər verir ki, hesabatı fevralın 1-də Rusiyanın Əmək Nazirliyi yayıb.
Nazirliyin hesabatında bildirilir ki, yanvarın 20-dən 27-nə qədər rəsmi qeydiyyata alınmış işsizlərin sayı 3,4% artaraq 1 milyon 1000 nəfərə çatıb. 2016-cı ilin yanvarın 20-nə olan vəziyyətə görə, rəsmi işsizlərin sayı 968 min 639 nəfər olub.
Məlumatda işsizlərin sayının ölkənin 82 bölgəsində artdığı qeyd olunur. Komi, İnquşetiya respublikaları və Kirov vilayətində isə işsizlərin sayının aşağı düşdüyü bildirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər