Ağ ev Putinin "korrupsiyaya uğraması" ilə bağlı iddialarla razılaşıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 21:19 | Şərh sayı: (0) | Baxılıb: 218
Ağ ev Putinin "korrupsiyaya uğraması" ilə bağlı iddialarla razılaşıb
Rusiya prezidenti və onun mətbuat katibi korrupsiyalaşma ilə bağlı ehtimalları qətiyyətlə təkzib edirlər
Ağ Ev ABŞ maliyyə nazirliyi nümayəndəsinin Rusiya prezidenti Vladimir Putinin illərdir korrupsiyaya uğraması və öz həqiqi sərvətini məxfi saxlaması barədəki qiymətləndirməsi ilə razılaşıb.
Bu sözlər "ən yaxşı şəkildə administrasiyanın nöqteyi-nəzərini əks etdirir", Ağ Ev nümayəndəsi Josh Earnest deyib.
Bu həftə BBC-nin "Panorama" proqramında ABŞ maliyyə nazirinin müavini Adam Szubin deyib ki, Rusiya prezidentinin korrupsiyaya uğraması Amerika hökumətinə "uzun illər" məlum olub.
Putinin mətbuat katibi Dmitri Peskov məmurun sözlərini sübut tələb edən "rəsmi ittiham" adlandırıb, amma o deyib ki, Moskva sübut tələb etməyəcək.
"Biz ABŞ Maliyyə Nazirliyindən sübutlar tələb etməyəcəyik. Əgər onlar belə bir rəsmi bəyanatı sübutsuz qoysalar, bu, idarənin adının üzərinə kölgə salır", Peskov deyib.
Müəlliflər proqram boyu müntəzəm qeyd edirdilər ki, Rusiya prezidenti və onun mətbuat katibi korrupsiyalaşma, həmçinin, Vladimir Putinin proqramda sadalanan sarayı, yaxtası, hesabları və digər əmlakına şəxsən nəzarət etməsi ilə bağlı ehtimalları qətiyyətlə təkzib edirlər (BBC).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər