Rusiyanın “əmlak kralları” - Siyahıda Azərbaycandan olanlar da var |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 17:13 | Şərh sayı: (0) | Baxılıb: 217
Rusiyanın “əmlak kralları” - Siyahıda Azərbaycandan olanlar da var
“Forbes” jurnalının Rusiya versiyası ölkənin ən çox daşınmaz əmlaka sahib olan biznesmenlərinin illik icarə haqlarından əldə etdiyi gəlirləri hesablayıb.
Modern.az saytı jurnala istinadən xəbər verir ki, ölkədə daşınmaz əmlak icarəsindən ən çox gəlir əldə edən şəxslər əslən Azərbaycandan olan yəhudi biznesmenlər Qod Nisanov və Zarah İliyevdir. Onlar 2015-ci ildə təkcə icarədən 1 milyard 115 milyon dollar qazanıblar.
Onlara məxsus “Tevropeyskiy” ticarət mərkəzi (109 min kvadrat metr), “Radisson Royal Ukraina” (oteldə 155 otaq var), “Sadovod” tivarət mərkəzi (145 min kvadart metr) və “Fud siti” kooperativi (610 min kvadrat metr) Qod Nisanov və Zarah İliyevə gəlir gətirib.
Rusiyanın 30 əmlak kralı arasında yer alan başqa bir azərbaycanlı isə Araz Ağalarovdur. Crocus Group-un rəhbəri 2015-ci ildə özünə məxsus ticarət obyektlərinin icarəsindən 365 milyon dollar qazanıb. Həmin daşınmaz əmlaka Krokus Ekspo (680 min kvadrat metr) və Moskvanın Kaşirski prospektində yerləşən “Vegas” ticarət mərkəzi (145 min kvadrat metr) daxildir. Bundan başqa, Ağalarovun biznes imperiyasının 12 min kvadrat metrlik anbar sahəsi də var.
Crocus Group 2018-ci il Dünya Çempionatı çərçivəsində Rostov və Kalininqrad şəhərlərində tikilən stadionların baş podryatçısı olacaq. 2015-ci il 1 dekbar tarixinə Araz Ağalarovun şirkətinin ümumi borcu 1,4 milyard dollardır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər