Azərbaycanda 80 min dollara yaxın saxta əskinas dövriyyədən çıxarılıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-01-2016, 23:46 | Şərh sayı: (0) | Baxılıb: 214
Azərbaycanda 80 min dollara yaxın saxta əskinas dövriyyədən çıxarılıb

Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 71 min manat, 79.100 ABŞ dolları və 225 min rubl olan 2167 ədəd saxta əskinas, habelə istifadə müddəti ötmüş 6 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb.
Nazir, həmçinin deyib ki, transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizə sahəsində tədbirlər də davamlı olub: "Narkotiklərlə əlaqədar 2935 cinayət aşkarlanıb, 169 nəfərdən ibarət 63 cinayətkar qrup zərərsizləşdirilib. Bu cinayətlərdən 786-ı narkotik vasitələrin satışı ilə bağlı olub. Qeyri-leqal dövriyyədən əvvəlki dövrlə müqayisədə 138 kiloqram çox, bütövlükdə, 810,5 kiloqram narkotik vasitə çıxarılıb, həmçinin, 20 kiloqram çox və ya 95,6 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Qanunsuz kultivasiya edilən 169 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər