Cəlilabadda əməliyyat keçirildi: 20 kq narkotik və saxta pullar götürüldü |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 16:27 | Şərh sayı: (0) | Baxılıb: 329
Cəlilabadda əməliyyat keçirildi: 20 kq narkotik və saxta pullar götürüldü

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının bugünlərdə həyata keçirdiyi tədbirlər nəticəsində isə ümumi çəkisi 22 kiloqramdan artıq narkotik vasitə və külli miqdarda saxta pul əskinasları müsadirə edilib.
Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında yanvarın 10-da Cəlilabad rayonunun Seyidbazar kənd sakini, əvvəllər məhkum olunmuş Hacıbala Nərimanov saxlanılıb. Baxış zamanı ondan 20 kiloqram 185 qram tiryək və 2 kiloqram 265 qram marixuana götürülüb.
Araşdırmalarla H.Nərimanovun narkotik vasitəni rayon sakini, əvvəllər məhkum olunmuş Asəf Teymurova verəcəyi müəyyən edilib.
Tədbirlərin davamı olaraq A.Teymurov da tutulub. Ondan isə 492 ədəd saxta 100 manatlıq əskinas götürülüb və həmin əskinasları həmyerlisi Rövşən Abbasovdan alması müəyyən edilib. Görülmüş tədbirlərlə R.Abbasov da saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər