ABŞ tankları Azərbaycanla sərhəddə |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-01-2016, 15:01 | Şərh sayı: (0) | Baxılıb: 257
ABŞ tankları Azərbaycanla sərhəddə

Ixlas.Az bildirir ki, bu barədə “Rustavi 2” teleşirkəti Gürcüstanın müdafiə naziri Tina Xidaşeliyə istinadən məlumat yayıb.
Məqsədi Gürcüstan və ABŞ hərbçiləri arasında əməkdaşlığın gücləndirilməsi olan miqyaslı Gürcüstan-Amerika “Layiqli tərəfdaş” (Nobel Partner-2015) hərbi təlimləri keçən ilin mayında keçirilib.
400 gürcü və 200-dən çox amerikalı hərbçinin cəlb edildiyi təlimlər Tiflis yaxınlığında Vaziani hərbi bazasında keçirilmişdi.
Keçən ilki təlimlər üçün Gürcüstana Amerikanın ağır texnikası – 14 ədəd “Bredli” hərbi piyada maşını, lojistikanın təminatı üçün maşınlar, eləcə də təlim üçün ləvazimatlar gətirilmişdi.
2016-cı ilə planlaşdırılmış təlimlər üçün ABŞ-dan mexaniki və piyada bölüklərinin hərbçiləri gələcək.
Gürcü hərbçiləri Amerika tanklarını almazdan öncə ABŞ-ın digər növlü hərbi texnikasında təlimlər keçiblər.
Teleşirkətin məlumatına görə, gürcü tərəfi ABŞ-dan artıq 70 ton hərbi yük alıb və tanklardan başqa da əlavə yükün gətiriləcəyi gözlənilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər