XİN rəsmisi: "İsraillə Azərbaycan arasında möhkəm əlaqələr mövcuddur" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 22:17 | Şərh sayı: (0) | Baxılıb: 236
XİN rəsmisi: "İsraillə Azərbaycan arasında möhkəm əlaqələr mövcuddur"
"İsraillə Azərbaycan arasında möhkəm əlaqələr mövcuddur".
"Report"un verdiyi xəbərə görə, bu haqda jurnalistlərə açıqlamasında İsrail XİN-in Avrasiya Departamenti rəhbərinin müavini Zvi Rav-Ner deyib.
Onun sözlərinə görə, İranın üzərində sanksiyaların götürülməsinin İsrail-Azərbaycan münasibətlərinə heç bir təsiri olmayacaq.
"Bizim Azərbaycanla möhkəm əlaqələrimiz var. Biz İran kimi böyük dövlətin qonşusu olan sizin ölkənizin mövqeyini anlayırıq", - deyə Zvi Rav-Ner qeyd edib.
XİN-in rəsmisinin sözlərinə görə, İsrail İranın nüvə proqramına dair müqaviləyə tənqidi mövqedən yanaşıb: "Biz hələ də İranın öhdəliklərini yerinə yetirəcəyinə skeptik yanaşırıq. Buna inanmaq çətindir".
Zvi Rav-Nerin fikrincə, əsas odur ki, İranın hesablarının üzərinə qoyulmuş həbs götürüldükdən sonra vəsaitlər raketlərin işlənilməsinə deyil, iqtisadiyyatın bərpasına yönəldilsin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər