General Mədət Quliyev rayonlardakı aksiyalardan danışdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 19:37 | Şərh sayı: (0) | Baxılıb: 275
General Mədət Quliyev rayonlardakı aksiyalardan danışdı
“Deyirlər ki, biz bankdan pul götürmüşük, onlar silinsin"
"Rayonlarda aksiya keçirənlər əslində çalışmaq istəməyən adamlardır. Bunun devalvasiya ilə əlaqəsi yoxdur. Bəzi hallarda deyirlər ki, biz bankdan pul götürmüşük, onlar silinsin". Bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi bu gün Şəhidlər Xiyabanını ziyarəti zamanı Musavat.com-un reportyoruna deyib.
DTX rəsi deyib: “Unun qiymətinin 2 manat aşağı salınması məsələsi var idi. Guya çörəyin qiyməti kimlərisə narahat edirdi. Biz bu məsələlərlə bağlı prezidentə məruzə elədik. Gördünüz ki, cənab prezident analoqu olmayan addımlar atdı və bu gün də bu addımları atmaqda davam edir. Çörəyin qiyməti bu gün dünyada olmayan bir ucuzluqdadır. Benzinin qiyməti vətəndaşların cibinə uyğundur. Standart saxlanılır. Bütün neft ölkələrində, dünya ölkələrində ekenomik krizis gedir. Amma bizim dövlət başçısımız ölkəyə düzgün rəhbərlik edir. Sadəcə biz xoşbəxtik ki, bizim belə rəhbərimiz var.
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər