Livan Hizbullahı İŞİD-in Suriyanın şərqində törətdiyi cinayətə reaksiya verib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 16:00 | Şərh sayı: (0) | Baxılıb: 253
Livan Hizbullahı İŞİD-in Suriyanın şərqində törətdiyi cinayətə reaksiya verib
Hizbullah bildirib ki, Suriyanın şərqində yüzlərlə sivil vətəndaşın qırğın edilməsi, region və dünyada günahsız insanların qanı üzərindən faydalanmağa çalışanları rüsvay edib.
İRNA-nın məlumatına görə, Livan Hizbullahı bazar ertəsi günü bir bəyanat yayaraq, İŞİD terrorçularının Deyrəzzurda 300 nəfəri edam etməsini və yüzlərlə insanın taleyinin hələ də naməlum qalmasını tənqid edib və bildirib: Vəba xəstəliyi kimi sərhəd tanımayan, hər gün bir ölkədə günahsız insanların canını alan bu terrorizm heç bir tayfa, məzhəb, millət və etnos arasında fərq qoymur.
Livan Hizbullahı öz bəyanatında dünya ictimaiyyəti və Ərəb ölkələrinin bu qırğınlar qarşısındakı mənalı sükutunu tənqid edib və bildirib: Humanizm və insan haqlarını müdafiə iddiasında olanlar təkfirçi terrorçuların Deyrəzzurda insanları kütləvi şəkildə qırğın etməsi qarşısındakı sükutu, bu cinayətlərin ört-basdır edilməsi məqsədini daşıyır.
İŞİD terror qruplaşması İraq və Suriyada ardıcıl məğlubiyyətlərinin ardınca, Suriyanın şərqində, Deyrəzzur əyalətində 300-dən çox sivili qırğın edib, yüzlərlə nəfəri də girov götürüb. Əsasən qadın və uşaqlardan ibarət olan bu 300 nəfər hökumət qüvvələri ilə əməkdaşlıq etməkdə ittiham və edam edilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər