Gömrükçülər Azərbaycana gələn malları tutdular: səbəbi... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 21:20 | Şərh sayı: (0) | Baxılıb: 187
Gömrükçülər Azərbaycana gələn malları tutdular: səbəbi...
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən musavat.com-a açıqlama daxil olub. Həmin açıqlamada bunlar var:
Tovuz Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Respublikası vətəndaşları Əzimov Əli Çingiz oğlu və Nəmətov Ağaməmməd Mirzə oğlunun idarə etdikləri 50 ZA 046 və 50 AD 268 dövlət nömrə nişanlı yük avtomobilləri ilə Belçikadan “AMO” MMC adına gələn 43 ton 824 kiloqram armud yüklərinin müvafiq müşayiətedici sənədlərinə baxış keçirib. Yoxlama zamanı sənədlərdə yükün dəyərinin həddindən artıq aşağı göstərildiyi məlum olub.
Buna görə də avtomobillər araşdırma aparılması üçün idarənin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı DGK İstintaq İdarəsində müvafiq araşdırma aparılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər