Məktəbli qızın intiharının səbəbi: Məktəb direktorundan açıqlama... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 22:55 | Şərh sayı: (0) | Baxılıb: 304
Məktəbli qızın intiharının səbəbi: Məktəb direktorundan açıqlama...
Bərdədə 16 yaşlı məktəblinin intiharının səbəbi onun psixi problemlərinin olması olub. Hacallı kənd sakini 1999-cu il təvəllüdlü Aytac Zamin qızı Surxaylı uzun müddət idi ki, psixoloji problemlərdən əziyyət çəkirmiş.
“Aytac intihar etməmişdən əvvəl 1 həftə idi ki, dərsə gəlmirdi. Xəstəliyi ilə bağlı müalicə alırdı”. Bunu musavat.com-a açıqlamasında E.Zeynalov adına 1 saylı Hacallı kənd tam orta məktəbin direktoru Səyyarə Zeynalova deyib.
Aytacın məktəbin tərbiyəli, savadlı şagirdlərindən olduğunu deyən S.Zeynalova bildirib ki, şagirdin məktəbdə heç bir problemi olmayıb: “Ən yaxşı şagirdlərimizdən biri olub. Dərslərində də problemi olmayıb. Məktəbdə yoldaşları ilə də münasibətləri yaxşı olub. Müəllimələrinin də Aytacın dərslərinə hazırlığından şikayəti olmayıb. Psixi problemlərinin olduğunu bilirdik. Bir həftə idi ki, dərsə gəlmirdi. Xəstəliyi ilə bağlı müalicə alırdı. Bu barədə məlumatlı idik. Bu xəbər məni çox üzdü”.
Hacallı bələdiyyəsinin sədri Akif Əhmədov da musavat.com-a açıqlamasında intiharın səbəbinin məktəblinin psixi problemi ilə bağlı olduğunu bildirdi: “Aytacın psixi problemi var idi. Onun atası və əmisi də ruhi-əsəb xəstəliyindən əziyyət çəkirdi. Aytac ruhi əsəb dispanserində də qeydiyyatda idi. Həkim müalicə üçün evlərinə də gəlirdi”.
A.Əhmədovun sözlərinə görə, Surxaylı ailəsinin maddi vəziyyəti həddindən artıq çətindir: “Ailənin vəziyyəti çox çətindir. Maddi sıxıntıları böyükdür. Atası da xəstədir. Ailədə Aytacdan başqa 2 uşaq da var. Aytac çox tərbiyyəli, sakit və savadlı qız idi. Təəssüflər olsun ki, bu cür xəstəlikdən əziyyət çəkirdi. Bir neçə dəfə evdən qaçmışdı”.
Qeyd edək ki, faktla bağlı Bərdə Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər