Yunker: “Şengen zonası ləğv olunsa avronun mənası itəcək” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 20:00 | Şərh sayı: (0) | Baxılıb: 248
Yunker: “Şengen zonası ləğv olunsa avronun mənası itəcək”
Avropa İttifaqına üzv olan ölkələr yaranan problemləri birlikdə həll etmək əvəzinə, sərhədlərini möhkəmləndirirlər. Bu isə Şengen razılaşması və Avropa İttifaqının bir qurum kimi mövcudluğuna təhlükə yaradır.
APA-nın “Deutsche Welle”-yə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bəyan edib.
“Şengen zonası ləğv olunsa, işçi qüvvəsi və ümumilikdə avropalıların azad hərəkəti prinsipinə riayət edilməsə, avro vahid valyuta kimi mənasını itirəcək”, deyə J-K. Yunker bildirib.
2016-ci ilin prioritet məsələlərindən söhbət açan J-K. Yunker deyib ki, hazırda İtaliya və Yunanıstanda məskunlaşan qaçqınların Avropa İttifaqı ölkələrində bölgüsünə dair məsələ gündəmdə olaraq qalır. “Şəxsən mən Avropanın problemlərini milyonlarla qaçqını qəbul edən ölkə rəhbərlərinə izah edəndə xəcalət çəkirəm”, deyə Avropa Komissiyasının prezidenti vurğulayıb.
Xatırladaq ki, Aİ ötən ilin sentyabrında səs çoxluğu ilə sığınacaq istəyən qaçqınların Yunanıstan və İtaliyadan çıxarılaraq Avropa ölkələrində yerləşdirilməsi barədə qərar qəbul edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər