"Həkimlər artıq qərar veriblər" - xalq artistinin xanımı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-01-2016, 11:19 | Şərh sayı: (0) | Baxılıb: 247
"Həkimlər artıq qərar veriblər" - xalq artistinin xanımı
Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin səhhətində heç bir irəliləyiş yoxdur.
Axşam.az xəbər verir ki, bu barədə publika.az-a aktyorun həyat yoldaşı Zümrüd Əzizbəyli açıqlama verib:
"Ramizin səhhətində müsbət dəyişiklik yoxdur. Onu qoruyuruq ki, xəstəliyi şiddətlənməsin. İrəliləyiş boynunda stent yerləşdiriləcəyi halda mümkündür. Lakin şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün həkimlər buna risk etmirdilər. Həyati təhlükəsi olduğuna görə özümüz də qorxuruq. Buna baxmayaraq, həkimlər artıq əməliyyatla bağlı qərar veriblər. Həmin əməliyyat ya Azərbaycanda, ya da xarici ölkələrin birində baş tutacaq".
Aktyorun xanımı həkimlərin qadağasından da danışıb:
"Həkimlər qəti şəkildə onu stress və gərginlikdən qorumağı tapşırıblar. Amma bu mümkün deyil. Qohum-əqrəbada baş verən bədbəxt hadisələri ondan gizlədirik. Amma televiziya xəbərlərini izləməyinə mane ola bilmirik. Məsələn, Zəlimxan Yaqubun ölüm xəbərini eşidib sarsıldı, qəhərləndi. Onu güclə özünə gətirdik. Ramiz çox həssasdır, həssas insanların da aqibəti çox vaxt xəstəliklə nəticələnir".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər