"Məni Baş Prokurorluqda deyil, "bandotdel"də dindirdilər" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-12-2015, 16:17 | Şərh sayı: (0) | Baxılıb: 307
"Məni Baş Prokurorluqda deyil, "bandotdel"də dindirdilər"
Nardaran hadisələri ilə bağlı dindirilən kənd Ağsaqqallar Şurasının sədri Natiq Kərimov 6 saat dindirilməsi zamanı problem olmadığını bildirib.
Bu barədə danışan N.Kərimovun dediyinə görə, o, Baş Prokrorluqda deyil, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilib.
"Onlar məni dindirdilər, 6-7 səhifə yazı yazıldı. Ümumi söhbətlər oldu. Çox şeylər soruşublar, çox şey danışmışam. Müəyyən məsələrlə razılaşdım, müəyyən məsələrlə razılaşmadım. O ittihamlar ki, Nardaranda tutulan insanlara qoyulmuşdu, onları da qəbul etmədim".
Nardaranda tutulanlara qarşı ittihamlarla razılaşmayan ağsaqqal bildirib ki, bu məsələ ədalət, insaf və qanun çərcivəsində araşdırılmalıdır.
"Dedim ki, elə ittihamlar olmamalıdır. Hadisə olub, məsələ araşdırılar və ümid edirəm ki, insafla, ədalətlə, qanun çərçicəsində araşdırılar".
Nardaran hadisələri ilə bağlı dekabrın 9-da Baş Prokurorluğa çağırılan kənd sakini Natiq Kərimov dindirilməsi barədə Trend-ə açıqlama verib.
N.Kərimov bildirib ki, o, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 6 saat dindirilib:
"Dünən şəhərə gedirdim. Postda saxladılar ki, polis rəisi çağırıb. İki polis postdan məni Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə apardı. Tam sərbəst halda mənimlə sual-cavab etdilər. İfadə almadılar. Sadəcə, "Müsəlman Birliyi" barədə və həmin birliyin üzvlərini necə tanıdığımı soruşdular. Bildirdim ki, həmin şəxsləri dindar kimi tanımışam və onların bu vaxta qədər hansısa artıq hərəkətlərini görməmişəm. Məndən onların terror hazırlamağından xəbərdar olub-olmadığımı soruşdular. Bildirdim ki, bu barədə heç nə eşitməmişəm".
N. Kərimov deyib ki, dindirilmə zamanı Nardaran sakinlərinin sabitliyə riayət etməsini də istəyiblər: "Mənə dedilər ki, Nardaranda sakinlərə deyim ki, sabitliyi pozmasınlar. Bildirdim ki, bu işdə sizin də köməkliyiniz lazımdır".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər