Maşın bazarında durğunluq: kreditlə satış təklifləri çoxalıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 06:55 | Şərh sayı: (0) | Baxılıb: 274
Maşın bazarında durğunluq: kreditlə satış təklifləri çoxalıb
Maşın bazarına üz tutanların sayı kəskin azalıb.
Manatın dəyərdən düşməsi Bakının avtomobil bazarında özünü “ikinci əl” maşınların qiymətinin azalmasında da göstərib.
Onların qiymətləri dekabr devalvasiyasından sonra ciddi surətdə düşüb. Bazardakı satıcıların sözlərinə görə, dekabr devalvasiyasından əvvəlki bir neçə ay ərzində avtomobillərin alqı-satqısında bir qədər canlanma hiss olunsa da, hazırda bazarda durğunluq hiss olunur.
“İnsanlarda maşın almağa maraq qalmayıb. Təzə maşınların qiyməti qalxıb, işlənmiş maşınları qiyməti isə aşağı düşüb. Buna baxmayaraq alıçı yoxdur. Bir iki alıçı gəlir ki, onlar da məhz qiyməti aşağı olan “ikinci əl” avtomobillərlə maraqlanırlar", – deyə satıcı Müşviq Abdullayev bildirib.
Misal üçün, Azərbaycanda daha populyar olan Almaniya və Yaponiya istehsalı “ikinci əl” avtomobillər 3 min ABŞ dolları civarında ucuzlaşıb.
Ehtiyat hissələrinin ucuz olması və yanacağı qənaətlə işlətməsi səbəbindən alıcıların Koreya maşınlarına marağı artıb.
Bazarda apardığımız müşahidələr zamanı bir maraqlı məqama da rast gəldik. Əgər əvvəl avtomobillərin kreditlə satışına maraq yox idisə və banklar buna getmirdisə, indi kreditlə satış təklifləri çoxalıb.
Bazardakı durğunluğu bu yolla aradan qaldırmağa çalışan satıcılar 25-30%-lik ilkin ödənişlə kreditləşmə təklif edirlər.
Proqnozlara görə, işlənmiş avtomobillərin qiymətləri düşməkdə davam edəcək. Çünki öz maşınını satmaq istəyən çoxdur, alıcılar isə azalıb.(ANS TV)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər