"BakuBus" avtobusunda qəzaya düşənlərə pul verildi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-01-2016, 18:44 | Şərh sayı: (0) | Baxılıb: 277
"BakuBus" avtobusunda qəzaya düşənlərə pul verildi
"BakuBus" MMC-nin mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, şirkət tərəfindən sərnişin təhlükəsizliyinə xidmət edən və qanunvericiliklə tənzimlənən bütün şərtlərə əməl edilir.
Belə ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən, noyabrın 16-da Salyan şossesində, 20-ci sahə dairəsi yaxınlığında "BakuBus" MMC-yə məxsus 6 saylı marşrut üzrə hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 7 nəfərlə bağlı sığorta şirkəti tərəfindən tam təhlil aparılıb və həmin qəza nəticəsində xəsarət alan Məhərrəmova Dilarə Tağı qızına 953 AZN, Dadaşzadə Fərhad Nadir oğluna 1500 AZN, Mirzəyeva Nəzakət Eldar qızına 1500 AZN, Əliyev Sərvan Məlumat oğluna 750 AZN, Ələkbərova Firuzə Bala Hüseyn qızına 750 AZN, Əliyeva Fəxrəndə Nadir qızına 750 AZN zərər ödənişi edilib.
Bir nəfər zərər çəkən yüngül xəsarət aldığından könüllü şəkildə zərər ödənişindən imtina edib.
Məlumat "BakuBus" MMC-yə "AzSığorta" şirkəti tərəfindən daxil olub.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər