Su və kanalizasiya xidmətləri üzrə tariflər artacaq? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-12-2015, 20:21 | Şərh sayı: (0) | Baxılıb: 276
Su və kanalizasiya xidmətləri üzrə tariflər artacaq?
"Bu gün su və kanalizasiya xidmətləri tariflərinə yenidən baxılması məsələsi gündəmdə deyil".
APA-nın məlumatına görə, bu barədə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.
A. Cəbrayıllının sözlərinə görə, bu gün "Azərsu" ASC-nin qarşısında duran ən əsas məsələ itkilərin aşağı salınmasıdır: "Bununla, rentabelli səviyyəyə çıxa bilərik. Məqsədimiz budur ki, "Azərsu" mənfəət əldə edə bilsin. Ötən dövrdə Bakı şəhəri və regionlarda gördüyümüz işlər görülüb. Bunların arasında şəbəkənin sağlamlaşdırılması, yeni xətlərin quraşdırılması və sair işləri sadalamaq olar. Rayon və şəhərlər üzrə itkilərin 15-20% aşağı salınmasına nail ola bilmişik. Bizim işimizi ən çox əngəlləyən primitiv üsullarla boru xətlərinin çəkilməsidir".
Şöbə rəhbəri bildirib ki, "Azərsu"nun Bakıətrafı kənd və qəsəbələrdə itkiləri daha çoxdur.
A. Cəbrayıllı qeyd edib ki, yeni şəbəkənin quraşdırılması su itkilərinin minimuma endirilməsinə imkan verəcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər