Ayətullah Sübhaninin Azərbaycan Respublikası prezidentinə məktubu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-12-2015, 13:51 | Şərh sayı: (0) | Baxılıb: 512
Ayətullah Sübhaninin Azərbaycan Respublikası prezidentinə məktubu
Ayətullah Sübhani Azərbaycan Respublikası prezidentinə məktub ünvanlayaraq Nardarandakı son hadisələr barədə yazıb: Hazırda siz ölkənizi hədələyən terrorizm və təkfirçiləri düşünməlisiniz və onlarla mübarizə üçün xalq sizin köməyiniz olmalıdır.
Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, bu təqlid mərcəyinin İlham Əliyevə məktubunun mətni belədir:
Azərbaycan Respublikasının hörmətli prezidenti Cənab İlham Əliyev
Salam əleyküm.
Azadlıq sözü insanların eşitdiyi və həmişə ondan həzz aldıqları ən şirin sözdür. Ondan daha şirin olanı isə insanların bu sevinc müraciətini öz həyatında müşahidə etməsidir. Bu zaman bu mənəvi nemətin dəyərini ölçmək qeyri mümkündür.
Azərbaycan xalqı uzun illər sabiq SSRİ-nin müstəmləkəsi altında yaşamış və hərtərəfli təzyiqlərə məruz qalmışdır. Bu quruluş dağıldıqdan sonra azadlıq nəsimi bu diyara əsdi və azadlıq ruhu istər müsəlman, istərsə də qeyri-müsəlman, bütün azərilərə üfürüldü. Sevinirdilər ki, hamısı qardaş və bərabər şəkildə bir-birinin yanında yaşayacaq və bir-birinin inanc və mərasimlərinə hörmətlə yanaşacaqlar.
Lakin dəqiq məlumatlar əldə olunub ki, Nardaranda şəhidlər sərvəri Hüseyn İbn Əli (ə) əzadarlığı zaman hüquq-mühafizə qüvələri bu kəndin müsəlmanları ilə kobud şəkildə davranıblar. Nəticədə bir qrup şəhid olub və bir qrup da yaralanıb. Şəhidlər sərvəri Hüseyn İbn Əlinin (ə) bayraqlarına hörmətsizlik olunmuşdur. Doğrudan, dinc şəkildə dini mərasimini keçirən azad insanlarla belə rəftar əsaslandırıla bilərmi?
Hazırda siz ölkənizi hədələyən terrorizm və təkfirçiləri düşünməlisiniz və onlarla mübarizə üçün xalq sizin köməyiniz olmalıdır.
Nəhayət bu acı günlər də keçəcək və tarix bütün bu hadisələri qeydə alır. Amma, sizin və dövlətiniz üçün qalan yaxşı addır və yaxud başqa ad.
Mən özüm də azəri olduğum üçün, bütün azəri qardaşlarımdan istəyirəm ki, öz sakitliyini qorusun və davamlı şəkildə öz dini mərasimlərinə sadiq qalsınlar. Böyük Allah həmişə onlarladır.
Mən bu uzaq yoldan mərasim keçirərkən şəhidlik şərbətini içən azadlıq yolu şəhidlərini salamlayır və onların yaxınlarına başsağlığı verirəm.
Siz yaxşı bilirsiniz ki, Hüseyn ruhu biz azərilərin damarlarındadır və heç vaxt Ali Məhəmməddən (s.ə.s) əl çəkməyəcəyik. Biz, Hüseyn (ə) və hüseynçilərin aşiqiyik.
Sonda sizdən istəyirəm ki, tezliklə cinayətkarları öz cəzalarına çatdırasınız və belə xoşagəlməz hadisələrin baş verməsinin qarşısının alınması üçün tədbir görəsiniz.
Cəfər Sübhani
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər