Endirim kampaniyalarının 50 faiz yalanı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-12-2015, 12:03 | Şərh sayı: (0) | Baxılıb: 286
Endirim kampaniyalarının 50 faiz yalanı
Bu cür saxta endirimlər mövsümə aid olmayan geyimlərə tətbiq edilir
Bir çox geyim mağazalarının vitrinlərində 50 faizdən 80 faizədək endirim yazılmış afişaları görə bilərik. Çoxumuz bu endirim yazılmış lövhələri görüb içəri daxil olduqda tamamilə fərqli mənzərə ilə rastlaşırıq. Belə ki, endirimlərin heç də mövsümə aid olmayan mallara tətbiq edildiyini görürük.
Belə ki, əlimizə hansısa yeni mövsüm geyimini alıb qiymətini soruşduqda satıcıdan endirimlərin digər, hansı ki, mövsümə aid olmayan geyimlərə tətbiq etdiyini deyir ki, bu da alıcıların birbaşa aldadılmasıdır. Bu cür narazı alıcılardan biri də Günay Quliyeva idi. O vitrində 70 faiz endirim sözünü görüb mağazaya girdiyini deyirdi: “70 faiz endirimə düşən malların qiymətinə baxanda bunların əvvəllər neçəyə olduğu məni təəccübləndirir. Endirimlərin tətbiq edildiyi geyimlər isə o qiymətə dəymir”.
Digər alıcı Aynur Qurbanova da bu cür endirim kampaniyalarını fırıldaqdan başqa bir şey adlandırmadı: “Keçən aydan bu mağazadan bir ayaqqabı görüb bəyənmişdim. Sadəcə olaraq pulum az olduğu üçün ala bilmədim. Ayaqqabının qiyməti 70 manat idi. İndi endirim edildiyini görüb sevincək girdim ki, əgər həmin ayaqqabı durursa, alım. Ayaqqabı hazırda qalsa da qiyməti qalxıb sonra enib. Köhnə qiymətini 100 manat yazıb üstündən xətt çəkib hazırkı endirimlə qiymətini 80 manat yazıblar. Görünür ki, ayaqqabı endirimsiz halda daha ucuz idi”.
Mağazaların bu cür saxta endirim etməklə alıcının diqqətini cəlb etmək və mallarını bu yolla tez satacaqlarını düşünürlər. Çünki mağazanın şüşəsində bəzəkli böyük qırmızı şriftlərlə 70 faiz endirim sözünü görən hər kəs qeyri-ixtiyari olaraq 100 manatlıq malı 30 manata alacağını düşünərək mağazaya daxil olacaq. Mağazaya girdikdən sonra müştəri mütləq nəsə alır. Qeyd edək ki, növbəti devalvasiyadan sonra əksər sahələrdə bahalaşma baş versə də geyim əşyalarının qiymətində hələ ki bunu müşahidə etmədik.
Apardığımız müşahidələr deməyə əsas verir ki, bu cür endirimlər yalnız sözdədir və reklam xarakteri daşıyır.
Nazirlik sakinlərə endirim tətbiq edilən mağazalara girməzdən əvvəl insanların bir sıra hallara diqqət yetirməli olduqlarını bildirir. Həmin hallar aşağıdakılardır:
1. Endirim tətbiq edilən malların əhatə dairəsinin dəqiq göstərilib-göstərilmədiyinə;
2. Tətbiq edilən endirim faizlərinin (...%-dən ...%-dək və s.) göstərilib- göstərilmədiyinə;
3. Malların üzərindəki endirimdən əvvəlki və sonrakı qiymətlərin olub-olmamasına;
4. Tətbiq edilən endirimin yayımlanan reklama uyğunluğuna və sairə.
Günel MANAFLI
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər