Neftçilərin vəziyyəti ilə bağlı xəstəxanadan açıqlama |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-12-2015, 14:07 | Şərh sayı: (0) | Baxılıb: 260
Neftçilərin vəziyyəti ilə bağlı xəstəxanadan açıqlama
SOCAR-ın "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərin vəziyyəti stabildir.
MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, hazırda xəstəxanada olan 20 neftçinin müalicəsi davam edir: "Bu gün neftçilərdən kiminsə ambulator müalicəyə göndərilməsi gözlənilmir. Neftçilərin vəziyyəti normaldır və psixoloq müayinəsindən keçirlər. Heç kimin səhhətində pisləşmə yoxdur".
Qeyd edək ki, dekabrın 4-də baş verən qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər