İncildən gətirilən sitatların Qurandan olduğunu güman edib çox təəccübləndilər... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-12-2015, 20:46 | Şərh sayı: (0) | Baxılıb: 233
İncildən gətirilən sitatların Qurandan olduğunu güman edib çox təəccübləndilər...
Hollandiyada maraqlı sosial eksperiment həyata keçirilib. Belə ki, bir neçə gənc «İncil» kitabını, üzərinə «Qurani-Kərim» yazılan cildlə üzləyirlər. Sonra isə yoldan keçənlərə bu kitabdan sitatlar oxumağa başlayırlar. Xəbərsiz sakinlər isə bu cümlələrin Qurani-Kərimdən olduğunu zənn edirlər.
Məsələn, Levitin Kitabından belə bir cümlə oxunur: «Əgər bütün bunardan sonra Məni dinləməsəniz və Mənə əks getsəniz, o zaman Mən də qəzəblə sizin əleyhinizə gedəcəm və həmin an sizləri günahlarınıza görə cəzalandıracam və siz oğlanlarınızın ətinizi yeyəcəksiniz və qızlarınızın ətini yeyəcəksiniz» (26-cı fəsil).
Və yaxud da həmin kitabdan belə bir sitat gətirildi: «Əgər kimsə qadınla yatdığı kimi kişi ilə də yatsa, onlar iyrənclik etmiş olurlar. Ölüm olsun onlara, onların qanı onların üzərindədir» (20-ci fəsil).
Sakinlər isə bu sitatların Qurandan olduğunu zənn edərək, buna neqativ yanaşıblar. Bəziləri deyir: «Əgər Sən bu kitabla və belə bir düşüncə ilə böyüyübsənsə, bu sənin düşüncənə təsir edər». Digəri isə deyir: «Elə bil ki, onlar öz düşüncələrini sənə yeritmək istəyirlər».
Daha sonra iştirakçılara bu sitatların İncildən olduğu bildirilərək, kitabın üzü çıxarılır. Bu fakt çoxlarının təəccübünə səbəb olur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər