Yerevanda yürüş keçirilir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-12-2015, 16:21 | Şərh sayı: (0) | Baxılıb: 239
Yerevanda yürüş keçirilir
Ermənistan paytaxtında insan haqlarının müdafiəsinə həsr olunmuş ənənəvi illik yürüş başlayıb.
APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, Erməni Milli Komitəsinin keçirdiyi yürüşə konstitusiya islahatlarına qarşı çıxan "Yeni Ermənistan" Milli Xilas Cəbhəsi də qoşulub.
Yürüş iştirakçıları Mərkəzi Seçki Komissiyasının binasına doğru irəliləyirlər. Təşkilatçıların sözlərinə görə, konstitusiya islahatları referendumunda Ermənistan vətəndaşlarının hüquqları kobud şəkildə pozulub.
Müxalif "İrs" partiyasının lideri Raffi Ovanisyan ölkədə hələ də siyasi məhbusların olduğunu, Erməni Milli Komitəsinin liderlərindən biri olan Levon Zurabyan isə referendumun keçirildiyi 6 dekabr tarixini sistem zorakılığı günü adlandırıb.
Onu da bildirək ki, Yerevanın Azadlıq meydanında planlaşdırılan mitinqdən öncə polis 3 nəfəri saxlayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər