Xüsusi qərargah: "Günəşli"də hasilat tamamilə dayandırılacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-12-2015, 15:54 | Şərh sayı: (0) | Baxılıb: 225
Xüsusi qərargah: "Günəşli"də hasilat tamamilə dayandırılacaq
Bu gün səhər saatlarından hava şəraitinin pis keçməsinə baxmayaraq, yanğın baş verən "Günəşli" yatağında Fövqəladə Hallar Nazirliyinin helikopterləri və AZAL-ın helikopterləri ilə axtarışlar davam etdirilib.
Trend-in məlumatına görə, bu barədə "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan xüsusi qərargahda bu gün keçirilən brifinqdə yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.
B.Ağarəhimov bildirib ki, təəssüflər olsun ki, axtarışlar bir nəticə verməyib.
O qeyd edib ki, hava şəraitinin pis keçməsi ilə əlaqədar sualtı axtarış işləri dayandırılıb: "Hazırda küləyin sürəti 18-23 metrə çatır. Bu şəraitdə sualtı axtarışlar təhlükəlidir".
B.Ağarəhimov deyib ki, hazırda yanğının söndürülməsi işləri davam etdirilir: "Yanğının söndürülməsinə 5 gəmi cəlb olunub".
Baş mühəndis əlavə edib ki, yanğının qarşısını almaq məqsədilə "Günəşli" yatağında hasilatın tamamilə dayandırılması planlaşdırılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər