Düşmənin müqabilində duran qəhrəman qadın Xəvlə |
Müəllif: Admin | Bölmə: Xanimlar üçün | Vaxt: 20-01-2016, 20:11 | Şərh sayı: (0) | Baxılıb: 335
Düşmənin müqabilində duran qəhrəman qadın Xəvlə
Həzrət Rəsulullahın (s) vəfatından sonra müsəlmanlarla rumlular arasında böyük müharibə başladı. Düşmənin sayı müsəlmanlardan bir neçə dəfə çox idi. İslam ordusunun başçısı Xalid ibn Vəlid Zərar ibn Əzvər adlı bir şəxsi kəşfiyyat üçün düşmən ordusuna göndərdi. O getdi və qayıdaraq düşmən ordusunun hər cəhətdən hazırlıqlı olduğunu bildirdi. Xalid dedi: "Yaxşı olar ki, geri çəkilək”.
Zərar dedi: Qur`an buyurur ki, "Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın”, "Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə, çox bir dəstəyə qalib gəlib”.
Zərarın əmri ilə savaş başladı və o, addım-addım irəliləyib, düşmənin bağrını yararaq döyüşə davam etdi. Amma onu əsir aldılar. Az sonra müsəlmanlar tərəfdən bir döyüşçünün irəliləyib meydanı şüar və qılıncla toz-torpağa bürüyərək döyüşdüyünü gördülər. Hamı təəccübləndi ki, bu cür qəhrəmanlıq göstərən kimdir? Bir az keçdikdən sonra gördülər ki, o, bədəni qana bulaşmış halda döyüşə davam edir. Xalid onun yanına getdi və dedi: "Nə vaxta qədər üzünü gizlədəcəksən? De görüm sən kimsən?”
O dedi: "Mən özümü tanıtdırmağa utanıram. Çünki özümə layiq bir iş görməmişəm. Mən Zərarın bacısı Xəvləyəm. Bilmirəm qardaşıma nə ediblər. Onu azad etmək üçün döyüşürəm”.
Sözləri qurtardıqdan sonra rəcəz oxuyaraq düşmən üzərinə hücuma keçib döyüşə davam etdi. O, bu döyüşdən əlavə başqa döyüşlərdə də iştirak etmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər