RSS
 

Login:
Şifrə:
» » Ramazan bayramı axşamı hansı əməllər məsləhət görülür?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Ramazan bayramı axşamı hansı əməllər məsləhət görülür?

 
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 3-05-2024, 10:24 | Şərh sayı: (0) | Baxılıb: 155

Ramazan bayramı axşamı hansı əməllər məsləhət görülür? Sual: Ramazan bayramı axşamı hansı əməllər məsləhət görülür?
Cavab:Şəvval ayı üçün müştərək əməllər qeyd edilməmişdir, lakin bu aya məxsus olan əməllər vardır:
Ayın birinci gecəsi (Fitr bayramının gecəsi):
Həddən artıq bərəkətli bir gecədir. Onun fəzilət və əhəmiyyəti barədə rəvayətlərdə ”qədr gecəsi”ndən geri qalmadığının söylənilməsini bildirmək kifayətdir. Eyni zamanda, rəvayətlərdə bu gecə əhya saxlamaq və ibadətlə məşğul olmaq tövsiyə edilmişdir.
Bu gecə üçün bir neçə əməl qeyd edilmişdir:
Birincisi, günəş qürub etdikdə qüsl almaq.
İkincisi, bu gecə bağışlanmaq diləmək, namaz qılmaq və dua etməklə əhya saxlamaq, gecəni məsciddə keçirmək, yəni imam Əli ibn Hüseynin (ə) etdiyi kimi gecəni orada başa vurmaq, ibadətlə məşğul olmaq.
Üçüncüsü, imam Sadiq (ə) buyurur ki, şam, xiftən, sübh və fitr namazlarından sonra bu zikrləri deyin:
اَللهُ اَکْبَرُ، اَللهُ اَکْبَرُ، لا اِلـهَ اِلاَّ اللهُ، وَ اللهُ اَکْبَرُ، اَللهُ اَکْبَرُ، و للهِ الْحَمْدُ، اَللهُ اَکْبَـرُ عَلى ما هَـدانـا، وَ لَهُ الشُّکْرُ عَلى ما اَوْلانا.
"Allah böyükdür, Allah böyükdür, Allahdan başqa, heç bir məbud yoxdur, Allah böyükdür, həmd yalnız Allaha məxsusdur. Allah bizi hidayət etdiyi şeydən daha böyükdür və bizə nemət bəxş etdikləri şeyə görə həmd-səna yalnız ona məxsusdur.”("Misbahul-mutəhəccid", səh. 648.)
Dördüncüsü, imam Sadiqdən (ə) nəql edilən rəvayətə əsasən, məğrib (şam) namazı və onun nafiləsini qıldıqdan sonra əlləri göyə qaldıraraq belə demək:
یا ذَا الْمَنِّ وَالطَّوْلِ، یا ذَا الْجُودِ، یا مُصْطَفِىَ مُحَمَّد وَناصِرَهُ، صَلِّ عَلى مُحَمَّد وَآلِ مُحَمَّد، وَاغْفِرْ لى کُلَّ ذَنْب اَحْصَیْتَهُ، وَهُوَ عِنْدَکَ فى کِتاب مُبین.
"Ey nemət və fəzilət sahibi, ey bəxşiş və ehsan sahibi, ey Məhəmməd və onun canişinini (köməkçisini) seçən, Məhəmməd və Ali-Məhəmədə salam göndər və mənim əməldə dəftərimdə yazılan və sənin dərgahında aydın bir kitabda qeyd edilən bütün günahlarımı bağışla!”
Sonra səcdəyə gedərək yüz dəfə belə demək:
اتُوبُ الَى اللّهِ.
"Ətubu iləllah." – Allaha tövbə edirəm!
Sonra nə hacəti varsa Allah-taaladan istəsin. İnşallah qəbul olunacaq.
Beşincisi, bu gecədə imam Hüseynin (ə) ziyarətnaməsinin (xüsusilə də, fitr gecəsində xüsusi ziyarətnaməsinin) oxunmasının həddən artıq fəzilət və savabı vardır.
Altıncısı, on rükətlik (iki rükət-iki rükət) namaz qılmaq (onun keyfiyyəti barədə ramazan ayının axırıncı gecəsinin əməlləri ilə bağlı bölmədə qeyd edilib).
Yeddincisi, deyilməsi cümə günü də müstəhəb olan bu zikri on dəfə oxusun:
یا دایِمَ الْفَضْلِ عَلَى الْبَرِیَّهِ، یا باسِطَ الْیَدَیْنِ بِالْعَطِیَّهِ، یا صاحِبَ الْمَواهِبِ السَّنیَّهِ، صَلِّ عَلى مُحَمَّد وَ آلِهِ خَیْرِ الْوَرى سَجِیَّهً، وَ اغْفِرْ لَنا یا ذَالْعُلى فی هذِهِ الْعَشِیَّهِ.
"Ey məxluqata fəzilət və bəxşişi daimi olan, ey bəxşiş etməkdə iki əli açıq olan, ey dəyərli hədiyyələrə (nemətlərə) malik olan, paklıq və fitrətdə yaradılmışların ən yaxşısı olan Məhəmməd və onun Əhli-beytinə salam göndər və bizi bu gecədə bağışla, ey ucaməqamlı Allah!” (Kəfəmi, "Misbah", səh. 647.)
Səkkizincisi, Fitr bayramı gecəsində məşhur olan iki rükətlik namazı qılmaq. Birinci rükətdə "Fatihə" surəsindən sonra min dəfə "İxlas" surəsini, ikinci rükətdə "Fatihə" surəsindən sonra bir dəfə "İxlas" surəsini oxusun. Namazın salamından sonra, səcdəyə gedib yüz dəfə "ətubu iləllah" zikrini söyləsin və sonra belə desin:
یا ذَا الْمَنِّ وَالْجُودِ، یا ذَا الْمَنِّ وَالطَّوْلِ، یا مُصْطَفِىَ مُحَمَّد صَلَّى اللهُ عَلَیْهِ وَآلِهِ، صَلِّ عَلى مُحَمَّد وَ آلِهِ، وَ افْعَلْ بى کَذا وَ کَذا.
"Ey minnət və ehsan sahibi, ey nemət və bəxşiş sahibi, ey Məhəmmədi (ona və Əhli-beytinə salavat olsun) (peyğəmbərliyə) seçən, Məhəmməd və Ali-Məhəmmədə salam göndər və mənim filan hacətlərimi qəbul et!”
کذا و کذا ( kəza və kəza) sözlərinin yerinə hacətlərini deyirsən.
Rəvayətlərdə yazılmışdır: Əmirəl-möminin Əli (ə) bu namazı qeyd edilən keyfiyyətlərə əməl etməklə qılır və başını səcdədən qaldırdıqdan sonra belə buyururdu: "Həqiqətən, canım ixtiyarında olan Allaha and olsun ki, kim bu namazı qılsa və Allahdan nə hacət istəsə, hacəti qəbul olunacaq və çoxlu günahları bağışlanacaq." ("İqbal", səh. 272; "Zadul-məad", səh. 221.)
Əmirəl-möminindən (ə) nəql edilən digər bir rəvayətdə "İxlas" surəsinin min dəfə oxunması yerinə yüz dəfə oxunması qeyd edilmişdir. Amma bu rəvayətdə sözügedən namazın məğrib namazı və onun nafiləsindən sonra qılınması bildirilmişdir. (Hər iki namaz yaxşıdır, bəyəniləndir).
Mərhum Şeyx Tusi və Seyyid ibn Tavus nəql etmişlər ki, aşağıdakı dua həmin namazı qıldıqdan sonra oxunur:
یا اَللهُ یا اَللهُ یا اَللهُ، یا رَحْمنُ یا اَللهُ، یا رَحیمُ یا اَللهُ، یا مَلِکُ یا اَللهُ، یا قُدُّوسُ یا اَللهُ، یا سَلامُ یا اَللهُ، یا مُوْمِنُ یا اَللهُ، یا مُهَیْمِنُ یا اَللهُ، یا عَزیزُ یا اَللهُ، یا جَبّارُ یا اَللهُ، یا مُتَکَبِّرُ یا اَللهُ، یا خالِقُ یا اَللهُ، یا بارِیُ یا اَللهُ، یا مُصَوِّرُ یا اَللهُ، یا عالِمُ یا اَللهُ، یا عَظیمُ یا اَللهُ، یا عَلیمُ یا اَللهُ، یا کَریمُ یا اَللهُ، یا حَلیمُ یا اَللهُ، یا حَکیمُ یا اَللهُ، یا سَمیعُ یا اَللهُ، یا بَصیرُ یا اَللهُ، یا قَریبُ یا اَللهُ، یا مُجیبُ یا اَللهُ، یا جَوادُ یا اَللهُ، یا ماجِدُ یا اَللهُ، یا مَلِىُّ یا اَللهُ، یا وَفِىُّ یا اَللهُ،یا مَوْلى یا اَللهُ،یا قاضى یا اَللهُ، یا سَریعُ یا اَللهُ، یا شَدیدُ یا اَللهُ، یا رَوُوفُ یا اَللهُ، یا رَقیبُ یا اَللهُ،یا مَجیدُ یا اَللهُ،یا حَفیظُ یا اَللهُ، یا مُحیطُ یا اَللهُ، یا سَیِّدَ السّادَهِ یا اَللهُ، یا اَوَّلُ یا اَللهُ،یا اخِرُ یا اَللهُ،یا ظاهِرُ یا اَللهُ،یا باطِنُ یا اَللهُ،یا فاخِرُ یا اَللهُ، یا قاهِرُ یا اَللهُ، یا رَبّاهُ یا اَللهُ،یا رَبّاهُ یا اَللهُ،یا رَبّاهُ یا اَللهُ، یا وَدُودُ یا اَللهُ، یا نُورُ یا اَللهُ، یا رافِعُ یا اَللهُ، یا مانِعُ یااَللهُ، یا دافِعُ یا اَللهُ، یا فاتِحُ یااَللهُ، یا نَفّاعُ یا اَللهُ، یا جَلیلُ یا اَللهُ، یا جَمیلُ یا اَللهُ، یا شَهیدُ یا اَللهُ، یا شاهِدُ یا اَللهُ، یا مُغیثُ یا اَللهُ، یا حَبیبُ یا اَللهُ، یا فاطِرُ یا اَللهُ، یا مُطَهِّرُ یا اَللهُ، یا مَلِکُ یا اَللهُ، یا مُقْتَدِرُ یا اَللهُ، یا قابِضُ یا اَللهُ، یا باسِطُ یا اَللهُ، یا مُحْیى یا اَللهُ، یا مُمیتُ یا اَللهُ، یا باعِثُ یا اَللهُ، یا وارِثُ یا اَللهُ، یا مُعْطى یا اَللهُ، یا مُفْضِلُ یا اَللهُ، یا مُنْعِمُ یا اَللهُ، یا حَقُّ یا اَللهُ، یا مُبینُ یا اَللهُ، یا طَیِّبُ یا اَللهُ، یا مُحْسِنُ یا اَللهُ، یا مُجْمِلُ یا اَللهُ،یا مُبْدِیُ یا اَللهُ،یا مُعیدُ یا اَللهُ،یا بارِیُ یا اَللهُ،یا بَدیعُ یا اَللهُ، یا هادى یا اَللهُ، یا کافى یا اَللهُ،یا شافى یا اَللهُ، یا عَلِىُّ یا اَللهُ، یا عَظیمُ یا اَللهُ، یا حَنّانُ یا اَللهُ، یا مَنّانُ یا اَللهُ، یا ذَاالْطَّوْلِ یا اَللهُ،یا مُتَعالى یا اَللهُ، یا عَدْلُ یا اَللهُ، یا ذَا الْمَعارِجِ یا اَللهُ، یا صِدْقُ یااَللهُ، یا دَیّانُ یا اَللهُ، یا باقى یا اَللهُ، یا واقى یا اَللهُ، یا ذَا الْجَلالِ یا اَللهُ، یا ذَا الاْکْرامِ یا اَللهُ، یا مَحْمُودُ یا اَللهُ، یا مَعْبُودُ یا اَللهُ، یا صانِعُ یا اَللهُ، یا مُعینُ یا اَللهُ، یا مُکَوِّنُ یا اَللهُ، یا فَعّالُ یا اَللهُ، یا لَطیفُ یا اَللهُ، یا جَلیلُ یا اَللهُ، یا غَفُورُ یااَللهُ، یا شَکُورُ یااَللهُ، یا نُورُ یا اَللهُ، یا قَدیرُ یااَللهُ، یا رَبّاهُ یا اَللهُ، یا رَبّاهُ یا اَللهُ، یا رَبّاهُ یا اَللهُ، یا رَبّاهُ یا اَللهُ، یا رَبّاهُ یا اَللهُ، یا رَبّاهُ یا اَللهُ، یا رَبّاهُ یا اَللهُ،یا رَبّاهُ یا اَللهُ، یا رَبّاهُ یا اَللهُ، یا رَبّاهُ یا اَللهُ، اَسْیَلُکَ اَنْ تُصَلِّىَ عَلى مُحَمَّد وَ آلِ مُحَمَّد، وَتَمُنَّ عَلَىَّ بِرِضاکَ، وَتَعْفُوَ عَنّى بِـحِلْمِکَ، وَتُـوَسِّعَ عَلَىَّ مِـنْ رِزْقِکَ الْحَلالِ الطَّیِّبِ، وَمِنْ حَیْثُ اَحْتَسِبُ وَمِنْ حَیْثُ لا اَحْتَسِبُ، فَاِنّى عَبْدُکَ لَیْسَ لى اَحَدٌ سِواکَ، وَلا اَحَدٌ اَسْیَلُهُ غَیْرُکَ، یا اَرْحَمَ الرّاحِمینَ، ما شآءَ اللهُ لا قُوَّهَ اِلاَّ بِاللهِ الْعَلِىِّ الْعَظیمِ
Ey Allah, ey Allah, ey Allah, ey rəhimli, ey Allah, ey malik, ey Allah, ey pak, ey Allah, ey salamatçılıq bəxş edən, ey Allah, ey əmin-amanlıq verən, ey Allah, ey qoruyan, ey Allah, ey qüdrətli, ey Allah, ey iqtidar sahibi, ey Allah, ey əzəmətli, ey Allah, ey yaradan, ey Allah, ey var olan, ey Allah, ey sima verən, ey Allah, ey elmli, ey Allah, ey əzəmətli, ey Allah, ey kərim olan, ey Allah, ey həlim olan, ey Allah, ey hikmətli, ey Allah, ey eşidən, ey Allah, ey bəsirətli (görən), ya Allah, ey duaları qəbul edən, ey Allah, ey bəxş edən, ey Allah, ey şövkətli, ey Allah, ey mehriban, ey Allah, ey mühafiz, ey Allah, ey uca, ey Allah, ey qoruyan, ey Allah, ey əhatə edən, ey Allah, ey böyük şəxslərin əzəmətli Allahı, ey Allah, ey əvvəl, ey Allah, ey axır, ey Allah, ey zahir, ey Allah, ey batin, ey Allah, ey fəxrli, ey Allah, ey qalib, ey Allah, ey qalib, ey Allah, ey mənim pərvərdigarım, ey Allah, ey Allah, ey mənim pərvərdigarım, ey Allah, ey sevilən Allah, ey Allah, ey nur, ey Allah, ey ucaldan, ey Allah, ey mane olan, ey Allah, ey aradan qaldıran, ey Allah, ey (bağlı qapıları...) açan, ey Allah, ey mənfəət verən, ey Allah, ey əzəmətli, ey Allah, ey gözəl, ey Allah, ey şahidlik edən, ey Allah, ey şahid, ey Allah, ey fəryada yetən, ey Allah, ey dost, ey Allah, ey xaliq, ey Allah, ey pak edən, ey Allah, ey malik, ey Allah, ey qüdrətli, ey Allah, ey alan (canı, ruhu qəbz edən), ey genişləndirən, ey Allah, ey dirildən, ey Allah, ey öldürən, ey Allah, ey bir yerə toplayan, ey Allah, ey bəxş edən, ey Allah, ey həddən artıq bəxş edən, ey Allah, ey nemət verən, ey Allah, ey haqq olan, ey Allah, ey aşkar edən, ey Allah, ey pak, ey Allah, ey yaxşılıq edən, ey Allah, ey gözəllik verən, ey Allah, ey yaratmağı başlayan, ey Allah, ey geri qaytaran, ey Allah, ey icad edən (yoxdan yaradan), ey Allah, ey hidayət edən, ey Allah, ey kifayət edən (yetərli), ey Allah, ey şəfa verən, ey Allah, ey ucaməqamlı, ey Allah, ey əzəmətli, ey Allah, ey həddən artıq mehriban, ey Allah, ey həddən artıq bağışlayan, ey Allah, ey nemət sahibi, ey Allah, ey üstün olan, ey Allah, ey ədalətli, ey Allah, ey uca məqamlar sahibi, ey Allah, ey mütləq doğruluq, ey Allah, ey mükafat verən, ey Allah, ey baqi (əbədi)olan, ey Allah, ey cəlal sahibi, ey Allah, ey böyüklük sahibi, ey Allah, ey həmd edilən, ey Allah, ey məbud, ey Allah, ey yaradan, ey Allah, ey yardım edən, ey Allah, ey vücuda gətirən, ey Allah, ey bütün işləri görən, ey Allah, ey lütf edən, ey Allah, ey bağışlayan, ey Allah, ey qədirbilən, ey Allah, ey nur, ey Allah, ey qadir, ey Allah, ey pərvərdigarım, ey Allah, ey pərvərdigarım, ey Allah, ey pərvərdigarım, ey Allah, ey pərvərdigarım, ey Allah, ey pərvərdigarım, ey Allah, ey Allah, ey pərvərdigarım, ey Allah, ey Allah, ey pərvərdigarım, ey Allah, ey Allah, ey pərvərdigarım, ey Allah, ey Allah, ey pərvərdigarım, ey Allah, ey Allah, ey pərvərdigarım, ey Allah, səndən Məhəmməd və Ali-Məhəmmədə salam göndərməyini və razılığına xatir mənə minnət qoymağını, məni helminə xatir bağışlamağını, gözlədiyim və gözləmədiyim yerdən mənə halal və pak ruzi artırmağını istəyirəm, həqiqətən, mən sənin bəndənəm, səndən başqa, heç kimim və bir şey istəyəcək kimsəm yoxdur, ey rəhm edənlərin ən rəhimlisi, Allahın istədiyi kimi olacaq və əzəmətli Alahdan başqa, heç kəsdə qüvvət və qüdrət yoxdur.
Sonra səcdəyə gedir və deyirsən:
یااَللهُ یااَللهُ،یا رَبِّ یا اَللهُ، یا رَبِّ یا اَللهُ، یا رَبِّ یا اَللهُ، یا اَللهُ یا اَللهُ، یا رَبِّ یا رَبِّ یا رَبِّ، یا مُنْزِلَ الْبَرَکاتِ، بِکَ تُنْزَلُ کُلُّ حاجَه، اَسْیَلُکَ بِکُلِّ اسْم فى مَخْزُونِ الْغَیْبِ عِنْدَکَ، وَالاَْسْمآءِ الْمَشْهُوراتِ عِنْدَکَ، اَلْمَکْتُوبَهِ عَلى سُرادِقِ عَرْشِکَ، اَنْ تُصَلِّىَ عَلى مُحَمَّد وَ آلِ مُحَمَّد، وَاَنْ تَقْبَلَ مِنّى شَهْرَ رَمَضانَ، وَتَکْتُبَنى مِنَ الْوافِدینَ اِلى بَیْتِکَ الْحَرامِ، وَتَصْفَحَ لى عَنِ الذُّنُوبِ الْعِظامِ، وَتَسْتَخْرِجَ یا رَبِّ کُنُـوزَکَ یا رَحْمـنُ.
"Ey Allah, ey Allah. ey rəbbim, ey Allah, ey rəbbim, ey Allah, ey rəbbim, ey Allah, ey Allah, ey Allah, ey rəbbim, ey rəbbim, ey rəbbim, ey bərəkət nazil edən, hacətlər sənin sayəndə hasil olur, səndən sənin gizli xəzinələrində olan və sənin üçün aşkar olan və ərşin üzərinə yazılan adların vasitəsi ilə Məhəmməd və onun Əhli-beytinə salam göndərməyini, məndən Ramazan ayını (oruclarımı) qəbul etməyini və adımı evinin (Kəbənin) ziyarətinə gedənlərin arasında yazmağını və böyük günahlarıma göz yummağını (günahlarımdan keçməyini) və xəzinələrini mənə aşkar etməyini istəyirəm, ey bağışlayan!” (9)
Doqquzuncusu, on dörd rükət (iki rükət-iki rükət) namaz qılmaq. Hər rükətdə Fatihə, Ayətəl-kürsi və üç dəfə İxlas surəsini oxusun. Rəvayətdə bu namazı qılan şəxsə Allahın həmin namazın rükətləri müqabilində hədsiz savablar verəcəyi qeyd edilmişdir.
Onuncusu, mərhum Şeyx Tusi "Misbahul-mutəhəccid" kitabında belə yazır: "Gecənin sonunda da qüsl al və sübh açılana qədər namaz qıldığın yerdə otur və Allaha zikr de!"



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor