Qadınların öz istəklərini həyata keçirmək üçün niyyət edib məsciddə minbərin altından keçmələri düzgün əməldirmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 2-03-2017, 00:23 | Şərh sayı: (0) | Baxılıb: 473
Qadınların öz istəklərini həyata keçirmək üçün niyyət edib məsciddə minbərin altından keçmələri düzgün əməldirmi?
Sual: Qadınların öz istəklərini həyata keçirmək üçün niyyət edib məsciddə minbərin altından keçmələri, minbərin yanındakı ələmə dəsmal bağlamaları nə qədər düzgün əməldir?
Cavab: Minbər məscidin ən mübarək yerlərindən biridir. Minbər məsumlardan yadigar qalmış xitab yeridir. Böyük alimlər minbərdən xütbə oxuyur, insanlara halal-haramı başa salırlar. Eləcə də, ələm Kərbəla bayraqdarı Həzrət Abbasın (ə) yadigarı və simvolu sayılır. Amma bunlar əsas vermir ki, minbərlə, ələmlə bağlı mövhumat və xurafatlar edilsin. Minbərin altından (bəzən hətta iməkləyərək) keçmək, minbərə qara bağlamaq, ələmdən dəsmallar asmaq mövhumatdır. Bütün bunların dinlə əlaqəsi yoxdur. Xüsusilə, bəzən qadınların məscidə girib kişilərin gözü qabağında əyilib minbərin altından keçmələri, ağlayıb-sızlamaları yolverilməzdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər