Bu il əhya gecələri nə vaxta düşür? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 14-06-2016, 21:54 | Şərh sayı: (1) | Baxılıb: 1248
Bu il əhya gecələri nə vaxta düşür?
Sual: Bu il əhya gecələri nə vaxta düşür?
Cavab: Mübarək Ramazan ayını yaşamaqdayıq. Bu Müqəddəs ay ilə bağlı portalımızın elektron ünvanına çox sayda suallar daxil olur. Onların böyük hissəsi də bu il əhya gecələrinin hansı tarixə təsadüf etməsi ilə əlaqəlidir.
İslam.az oxucuların nəzərinə çatdırır ki, ehtimal edilən əhya (Qədr) gecələri Ramazan ayının 19, 21 və 23-ü gecələridir. 2016-cı ildə bu gecələr iyunun 24-dən 25-nə, 26-dan 27-nə və 28-dən 29-na keçən gecələrdir. Bu gecələrdə hansı əməllərin yerinə yetirilməsinə gəldikdə isə, həmin gecələr ərəfəsində saytımızın ana səhifəsində bu barədə ətraflı məlumat təqdim ediləcək.
Qeyd edək ki, əhli-sünnəyə görə Qədr gecəsi Ramazanın 27-ci gecəsidir və (nəzərə alsaq ki, əhli-sünnə bu il Ramazan ayını iyunun 6-dan başlayıb) bu il həmin gecə iyulun 1-dən 2-nə keçən gecəyə təsadüf edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər