Vəhy katibləri hansı səhabələr olub? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 6-06-2016, 19:45 | Şərh sayı: (0) | Baxılıb: 546
Vəhy katibləri hansı səhabələr olub?
Sual: Vəhy katibləri hansı səhabələr olub?
Cavab: Cəbrail mələk (ə) vasitəsi ilə Allahın vəhyi Həzrət Mühəmməd Peyğəmbərə (s) tədriclə, hissə-hissə nazil olurdu. Peyğəmbər özü ümmi idi, yəni yazıb-oxumurdu və ya bunu bacarmırdı. Buna görə də həzrət, yazmağı bacaran bəzi etibarlı səhabələrə ayələri diktə edirdi, onlar da dəri, sümük, daş üzərinə yazırdılar. Peyğəmbərin diktəsi ilə vəhyi qələmə alan səhabələrə “vəhy katibləri” deyilirdi. Mənbələrdə vəhy katiblərinin sayı və adı barədə məlumatlar fərqlidir. Ümumiləşdirilmiş şəkildə bunu deyə bilərik ki, aşağıdakı şəxslərin vəhy katibi olduqları və bu işi başqalarına nisbətən daha çox və Peyğəmbərin razılığına uyğun şəkildə etdikləri şübhəsizdir: Əli ibn Əbutalib (ə), Zeyd ibn Sabit, Übeyy ibn Kəb, Abdullah ibn Rəvahə, Hüzeyfə ibn Yəman və b. Bundan başqa, ilk xəlifələr Əbu Bəkr, Ömər və Osmanın, Səd ibn Əbu Vəqqasın, Əmr ibn Asın, Müğeyrə ibn Şöbənin, Zübeyr və Təlhənin, Əbu Süfyanla oğlu Müaviyənin, Xalid ibn Vəlidin də vəhy katiblərindən olmaları bəzi mənbələrdə qeyd edilib; lakin bu məlumat bütün məzhəblər tərəfindən qəbul edilmir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər