Tək səbirə inanmaq İslamda varmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 7-04-2016, 22:56 | Şərh sayı: (0) | Baxılıb: 1063
Tək səbirə inanmaq İslamda varmı?
Sual: Tək səbirə inanmaq İslamda varmı?
Cavab: İslam dini elm, bilik və düşüncə dinidir. Lakin çox təəssüf ki, zaman-zaman bu dinə ya düşmən qüvvələr tərəfindən qəsdən, ya da avam kütlə tərəfindən bilməyərəkdən bəzi xurafatlar daxil edilib. Bu xurafatların bir qismi İslamdan əvvəlki inanclardan, bir qismi başqa dinlərdən keçib. Xurafat qismindən olan məsələlərdən biri də tək səbirə inanmaqdır. Xalq arasında belə bir fikir var ki, guya tək səbir nəhsliyin (uğursuzluğun) əlamətidir, tək səbir gələn işi buraxmaq lazımdır, yoxsa insan ziyan görər. Bu fikir kökündən yanlışdır. İslamda xarici əlamətlərə görə hadisələrə subyektiv qiymət vermək qəbul edilmir. Məsələn, ərəblər ilk görüşdükləri şəxsin qiyafəsinə, hətta səmadakı quşların uçuş tərzinə görə bir hərəkəti edib-etməmək barədə qərar verirdilər. Bu, fal sayılır və İslamda qadağandır. Tək səbirin uğursuzluqla bir əlaqəsi yoxdur və ona inanmaq lazım deyil.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər