"Rəhman" və "Rəhim" niyə yanaşıdır? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 4-11-2015, 17:44 | Şərh sayı: (0) | Baxılıb: 360
"Rəhman" və "Rəhim" niyə yanaşıdır?
"Bismillahir-Rəhmanir-Rəhim" ayəsindəki "Rəhman" və "Rəhim" adlarının hər ikisi rəhm, mərhəmət kökündəndirsə, onların yanaşı işlənməsinin mənası nədir?
Ərəb dilində bəzən bir kökdən törəmiş kəlmələr xeyli fərqli, daha doğrusu, zəngin mənalara malik ola bilirlər. Bu misalda da "Rəhman" və "Rəhim" kəlmələrinin məna baxımından müəyyən fərqləri vardır.
Ərəb dilində "fəlan" babında olan sözlər ifrat və bolluq mənasını bildirir. Məsələn, "qurban" - çox yaxınlıq, "dövran" - nəhəng dövrə, "heyran" - çox heyrətdə qalmaq. Rəhman adı Allahın mərhəmətinin bol olduğunu göstərir.
"Fəil" babında olan sözlər isə daimilik və davamlılıq bildirir. "Rəhim" adı Allahın mərhəmətinin daimi və əbədi olduğunu ifadə edir.
Bəzi alimlər qeyd ediblər ki, "Rəhman" sifəti Allahın bu dünyada hamıya qarşı rəhmli olduğunu, "Rəhim" sifəti isə axirətdə yalnız möminlərə mərhəmət göstərəcəyini bildirir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər