Allahın kimdir? |
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 23-09-2015, 03:20 | Şərh sayı: (0) | Baxılıb: 2996
Allahın kimdir?
İki nəfər qorxunc çöhrəli, vahiməli heykəlli, nəhəng, div kimi qəbrə daxil oldular.
Ağızlarından və burun dəliklərindən tüstü, od-alov püskürürdü. Əllərində odda qızarmış, alov saçan gürzlər vardı. Onlar yeri-göyü titrədən ildırım səsiylə cənazədən soruşdular… "Mən Rəbbukə?”-Allahın kimdir?
Qorxu və dəhşətdən dilim-ağzım qurumuşdu. Elə bildim ki, ruhsuz cənazə onların cavabını verə bilməyəcək və onlar da heç
şübhəsiz, gürzlərlə elə vuracaqlar ki, qəbir alovla dolacaq. Vəsfə gəlməz bu dəhşətdə, yandırıcı od daha da artacaq. Yaxşısı budur, mən cavab verim. Çarəsizlərin çarəsi, dara düşənlərin ümidi Haqqa üz tutub, qəlbimdə dara düşənlərin yardımçısı Əliyyibni Əbi Talibə (ə) mütəvəssil oldum. (Himayədarlığa çağırmaq, istəyini Allahdan İmam vasitəsi ilə almaq.)
Onu dost tuturdum, qüdrət və qüvvəsini bütün aləmlərdə, mənzillərdə nüfuzlu bilirdim. İnsanın huşunu əlindən alan belə
qorxunc, xətərli anlarda Həzrəti çağırmaq kimi bir vasitənin yada salınması Allahın nemətlərindən, yardımlarındandır.
"İnsanları məst görərsən, hansı ki, onlar məst deyildirlər.”
Bu fikir və düşüncə qəlbimə qüvvət verdi, dilim açıldı.Mənim sükutum çox uzandığından, həmin iki şəxs misilsiz qəzəb və
hiddətlə ikinci dəfə soruşdular… "Allahın kimdir?” Əvvəlkindən yüz dəfə çətin idi. Qəzəbdən çöhrələri qaralmışdı, gözlərindən od saçırdı. Gürzləri qaldırıb, vurmağa hazır dayandılar.
Amma mən əvvəlki kimi qorxmurdum. Zəif səslə cavab verdim ki, mənim məbudum yeganə və oxşarsız Allahdır.
"O Özündən başqa heç bir məbud olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, rəhmli və mərhəmətlidir. O, Özündən başqa
heç bir məbud olmayan, (məxluqun) sahibi, müqəddəs və pak, əmin-amanlıq bəxş edən, məxluqatın qəyyumu və nəzarətçisi, qalib, hökmü keçən və hər şeyin fövqündə olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqları şəriklərdən pak və münəzzəhdir.”
Dünya həyatında daim hər sübh namazından sonra oxuduğum bu ayələri onlara dedim ki, Adəm övladının fəzl və kamalsız
olduğunu düşünməsinlər. Axı mələklər ilk gündə insanın yaranışına etiraz edib onu yalnız fəsad törədib, qan tökən adlandırmışdılar! Bir sözlə, onların cavabında bu şərif ayəni oxumağım onların qəzəbini sındırdı, çöhrələrinin tutqunluğu getdi. Hətta biri o birinə dedi… Məlum olur ki, bu, İslam alimlərindəndir, bundan sonra ona nəzakətlə sual verməyimiz yaxşıdır.
O biri dedi… Bizim onunla rəftarımızın necəliyi başqa bir sualın cavabı ilə bağlıdır və bu cavab kim olursa olsun, səbəb və
nüfuzların bizim nəzərimzdə etibarı yoxdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər