ORUCUN SONSUZ FƏZİLƏTLƏRİ |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-05-2016, 18:44 | Şərh sayı: (0) | Baxılıb: 359
ORUCUN SONSUZ FƏZİLƏTLƏRİ
İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) nəql etmişdir: “Sizi elə bir şeydən xəbərdar edim ki, əgər yerinə yetirsəniz, şeytan sizdən şərqlə qərb arasında olan fasilə qədər uzaqda olar?” Dedilər: “Bəli”. Buyurdu: “Oruc simasını qaraldar, sədəqə belini sındırar, Allah yolundakı dostluq və əməlisalehə kömək etmək köklərini qət edər, tövbə damarlarını ayırar. Hər bir şeyin zəkatı vardır və bədənin zəkatı da orucdur”. (Erfan)
Həzrət Peyğəmbərdən (s) yenə nəql edilir: “Oruc tutan Allahın ibadətindədir, baxmayaraq, ki, yatağında yatmış olsun. Ancaq o zamana qədər ki, müsəlmanın qeybətini etməsin”.
İmam Sadiq (ə) buyurur: “O insan ki, isti günlərdə oruc tutar və kəskin şəkildə susuzlayar, Allah minə qədər mələyi ona hakim edər ki, üzünü sığallasınlar və ona Allahın inayətini müjdə versinlər. İftar edən zaman Allah buyurar: “Necə gözəldir iyin və ruhun. Ey mələklər, şahid olun ki, Mən onu bağışladım”.
İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir: “Oruc tutanın yuxusu ibadət və nəfəsi təsbihdir”.
Altıncı İmam buyurur: “Oruc tutan üçün iki sevindirici hal vardır: biri iftar vaxtı və o birisi Allah-Təala ilə görüşən zaman”.
Əmirəl-möminin (ə) dünyadan gedən zaman vəsiyyət etmişdi: “Sənə orucu sifariş edirəm, çünki oruc bədənin zəkatıdır”.
Həzrət Peyğəmbər (s) Mütəal Allahın adından buyurur: “Adəm övladının bütün əməli özü üçündür. Orucdan başqa ki, o, Mənim üçündür. Mən ona mükafat verərəm, oruc möminin Qiyamət günü cəhənnəmdən qalxanıdır. Oruc tutanın ağzının iyi Allah yanında müşk iyindən də ətirlidir. Oruc tutan iki halda sevinir: iftarını yeyən və içən zaman və o zaman ki, Mənimlə görüşə nail olar. Bəs onu behiştə daxil edərəm”.
İmam Sadiqdən (ə) nəql edilir: “Oruc qalxandır, dünya bəlaları və hadisələri qarşısındakı qalxandır. Axirət əzabları qarşısındakı maneədir. O zaman ki, oruc tutursan, bu işləri də orucun yanında niyyət et: dini olmayan istəklərdən, o şey ki, orucun zahir və batinini aradan aparar, şeytanın addımlarının üzərinə addımlarını qoymaqdan, özünü yeməyə və içməyə meyli olmayan xəstə kimi aparmaqdan çəkinmək. Daxilini, səni həqiqət və ixlasdan uzaqlaşdıran zülmət və qəflətdən pak et”.
Həzrət Peyğəmbər (s) buyurmuşdur ki, Allah-Təala elan etmişdir ki, oruc Mənim üçündür və Mən də onun mükafatını verəcəyəm.
Oruc nəfsin bəyənilməyən istəklərini məhv edər, oruc şəhvət və heyvani hissləri aradan aparar. Qəlbin səfası orucun məhsuludur. Üzvlərin təharəti, zahir və batini abadlığı orucun nəticəsidir. Nemətə şükür etmək və yoxsullara yaxşılıq etmək - orucun meyvəsidir. Oruc günahları azaldar və həsənələri artırar. Orucun faydalarını saymaqla bitməz.
Həzrət İmam Sadiq (ə) əziz Peyğəmbərdən (s) nəql edir: “Dörd nəfərin duası geri qayıtmaz. Göylərin qapıları onların dualarına açıqdır və ərşə qədər gedər. Atanın övladına etdiyi dua, məzlumun ona zülm edənin əleyhinə etdiyi dua, ümrəyə gedənin gələnə qədər etdiyi dualar və oruc tutanın iftar zamanı etdiyi dua”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər