Qurani-kәrim |
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 26-04-2013, 00:50 | Şərh sayı: (1) | Baxılıb: 1047
Qurani-kәrim
Hәzrәt Mәhәmmәdin (s) peyğәmbәrliyini tәsdiqlәyәn sәnәd vә sәmavi kitab olan Qurani-kәrim dini tәlimlәrin vә İslam hәqiqәtlәrinin qaynağıdır. Allah kәlamı оlаn Qurani-kәrim әzәmәtli, ülvi bir mәqamdan Peyğәmbәrә (s) nazil olan vә insanlara sәadәt yolunu göstәrәn tәlimlәrdir. Qurani-kәrim bәşәriyyәt alәminә hәm dünyanın, hәm dә ахirәtin sәadәtini tәmin edәn bir sıra elmi vә әmәli proqramlar verir. Qurani-kәrim Peyğәmbәrin (s) 23 illik dәvәti müddәtindә tәdricәn nazil olmuş vә bәşәriyyәt alәminin ehtiyaclarını ödәmişdir.
Qurani-kәrim insanları sәadәt yoluna yönәltmәkdәn başqa hәdәfi olmayan bir kitabdır. Fәrdi vә ictimai sәadәtin әsası olan düzgün әqidәni, gözәl әxlaqı vә layiqli әmәllәri sәlis bir bәyanla insanlara öyrәdir:
و نزّلنا عَلَيكَ الكِتابَ تِبيانًا لِكُلِّ شَيءٍ
"Biz Quranı sәnә hәr şeyi izah etmәk üçün bir hidayәt, mәrhәmәt vә müjdә olaraq nazil etdik!"
Qurani-kәrim İslam tәlimlәrini qısa şәkildә bәyan etmişdir. Onların tәfәrrüatı üçün isә Peyğәmbәrә (s) vә onun ailәsinә müraciәt etmәyi bildirmişdir:
وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ
"Sәnә Quranı nazil etdik ki, insanlara göndәrdiyimizi onlara izah edәsәn. Bәlkә onlar da düşünüb dәrk edәlәr!"
وَمَا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ إِلاَّ لِتُبَيِّنَ لَهُمُ الَّذِي اخْتَلَفُواْ فِيهِ
"Biz Kitabı sәnә yalnız ixtilafda olduqları mәsәlәlәri izah etmәk üçün nazil etdik!"
Qurani-kәrim insanları kor-koranә tәqlidә çağırmadan onlarla sadә dillә, Allahın hәr kәsә bәxş etdiyi mәntiqlә danışır vә insanların istәr-istәmәz öz fitrәti ilә dәrk etdiyi mәlumatları xatırladaraq bildirir ki, insan heç vaxt onları qәbul etmәkdәn vә onların düzgünlüyünü etiraf etmәkdәn boyun qaçıra bilmәz.
Allah taala buyurur:
إِنَّهُ لَقَوْلٌ فَصْلٌ وَمَا هُوَ بِالْهَزْلِ
"Quran haqla batili ayırd edәn kәlamdır! O, zarafat vә әylәncә deyildir"!
Quranın buyurduğu sözlәr öz mәzmunun әhatә dairәsinә görә bütün zamanlara vә bütün diri insanlara аiddir. O, mәsәlәnin bәzi cәhәtlәrini dәrk еdәn, bәzi cәhәtlәrindәn isә qаfil olan adi insan sözü yох, gizlindә, aşkarda olan bütün şеylәrdәn vә hәr bir işin xeyrindәn, ziyanından xәbәrdar olan Allahın kәlamıdır. Buna görә dә hәr bir müsәlmana vacibdir ki, hәmişә real baxışla bu ayәyә diqqәt etsin, Allahın kәlamının diri vә әbәdi olduğunu anlasın, başqalarının bu barәdә düşünüb danışdıqlarına kifayәtlәnmәsin, Quranda çoxlu tәkid olunan vә insanın sәciyyәvi xüsusiyyәtlәrindәn olan azad düşüncәnin qapısını öz üzünә bağlamasın. Çünki Allahın kitabı hәmişә, hәr kәs üçün haqla nahaqqı ayırd edәn kәlam vә canlı höccәtdir vә belә bir kitabı dәrk etmәk müәyyәn bir qrupa mәxsus deyildir.
Allah taala buyurur:
وَلَا يَكُونُوا كَالَّذِينَ أُوتُوا الْكِتَابَ مِن قَبْلُ فَطَالَ عَلَيْهِمُ الْأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ
"Müsәlmanlar özlәrindәn әvvәl kitab verilәn yәhudilәr vә xaçpәrәstlәr kimi olmasınlar. Onlarla öz peyğәmbәrlәri arasında uzun bir müddәt keçmiş vә qәlblәri daşlaşmışdır".
Qurani-kәrim bütün insanlardan istәyir ki, öz fitrәtlәrinә müraciәt edib haqqı qәbul etsinlәr. Belә ki, hәr şeydәn әvvәl haqqı qeydsiz-şәrtsiz qәbul etmәk üçün özlәrindә hazırlıq yarаtsınlar, hansısa bir әqidәnin haqq olduğunu, dünya vә axirәtin sәadәtini tәmin etdiyini gördükdә şeytanın vәsvәsәlәrinә vә nәfsin çağırışına qulaq asmadan onu qәbul etsinlәr. Bundan sonra isә İslam tәlimlәrini öz ağılları ilә ölçsünlәr. Әgәr İslam tәlimlәrinin haqq olduğunu vә insanların hәqiqi mәslәhәtinin onların hәyata keçirilmәsindә olduğunu görsәlәr, tәslim olub onları qәbul etsinlәr. Bu halda insanın hәyat tәrzi vә cәmiyyәtdә icra olunan normalar insanların öz fitri istәklәri ilә uyğun olan qanunlardan ibarәt olacaqdır. Elә harmoniyalı bir yaşayış tәrzi olacaqdır ki, onun bütün komponentlәri insanın quruluşu ilә tam şәkildә uyğun olacaq vә hәr cür ziddiyyәtdәn uzaq olacaq. Bәzәn mәnәviyyatdan, bәzәn isә maddiyyatdan qaynaqlanan vә bәzәn әqllә, bәzәn isә nәfsani istәklәrlә uyğun olan ziddiyyәtli bir yaşayış tәrzi olmayacaqdır.
Ucа Allah Quranın vәsfindә buyurur:
يَهْدِي إِلَى الْحَقِّ وَإِلَى طَرِيقٍ مُّسْتَقِيمٍ
"Hәr cür ziddiyyәtdәn uzaq olan haqqa vә doğru yola hidayәt edir".
Hәmçinin buyurur:
إِنَّ هَذَا الْقُرْآنَ يِهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ
"Hәqiqәtәn, bu Quran (bütün bәşәriyyәti) әn doğru yola yönәldir".
Başqa bir ayәdә bildirilir ki, İslamın әn doğru yol olmasının sәbәbi onun insanın yaradılışı ilә uyğun olmasıdır. Çünki aydındır ki, insanın hәqiqi ehtiyaclarına vә fitri istәklәrinә cavab verәn bir әqidә әn gözәl şәkildә insanı xoşbәxt edәcәkdir.
فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِطْرَةَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ذَلِكَ الدِّينُ الْقَيِّمُ
"Batildәn haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinә tәrәf tut. O din ki, dәyişdirilmәsi mümkün olmayan insanın quruluşu ilә tam şәkildә uyğundur vә cәmiyyәti idarә edib sәadәtә çatdırmaq qüdrәtinә malikdir".
Hәmçinin buyurur:
كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ
"Quran elә bir Kitabdır ki, insanları zülmәtlәrdәn nura çıxartmaq üçün sәnә nazil etmişik".
Qurani-kәrim, insanları hәdәfi aşkar şәkildә göstәrәn aydın bir yola dәvәt edir, demәli bu, elә bir yol olmalıdır ki, insanların real ehtiyaclarına düzgün cavab versin vә elәcә dә ağılla uyğun olsun. Bu isә İslam adlanan fitri dindәn başqa bir şey deyildir.
Nәfsani istәklәrә vә cәmiyyәtin nüfuzlu şәxslәrinin qәzәb vә şәhvәtini doyurmağa әsaslanan, ata-babadan kor-koranә tәqlidi şәkildә götürülәn, elәcә dә zәif vә geridә qalmış xalqların mәntiqlә uyğun olub olmamasını araşdırmadan güclü xalqlardan әxz etdiklәri hәyat tәrzi isә qaranlığa girmәkdәn başqa bir şey deyildir vә heç vaxt insanların hәdәfә çatmasına zәmanәt verә bilmәz. Allah taala buyurur:
أَوَ مَن كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاسِ كَمَن مَثَلُهُ في الظُّلُمَاتِ لَيْسَ بِخَارِجٍ مِّنْهَا
"Ölü olub dinlә diriltdiyimiz, sonra insanlar arasında gәzmәk üçün nur (İslam dini) verdiyimiz kәs zülmәt içindә qalıb oradan çıxa bilmәyәn bir kәs kimi ola bilәrmi?"
Belәliklә buradan İslam vә müsәlmanların baxışından Qurani-kәrimin әzәmәt vә әhәmiyyәtini dәrk etmәk olar. Bundan әlavә, nazil olmasından 14 әsr keçәn bu müqәddәs kitab müxtәlif cәmiyyәtlәrdә müxtәlif cәhәtlәrdәn dәyәrli mәqama malik olmuş vә dünya xalqlarının diqqәtini özünә cәlb etmişdir.
Hәqiqәtәn, Qurani-kәrim sәmavi kitabdır vә İslamın qlobal vә әbәdi bir din olmasının zәmanәtçisidir. İslam dininin başlıca tәlimlәri onda cazibәdar bir bәyanla deyilib vә bu cәhәtdәn onun dәyәri Allahın dininin dәyәri ilә bәrabәrdir. Bundan әlavә, Qurani-kәrim Allah kәlamı vә Peyğәmbәrin (s) әbәdi möcüzәsidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər