Namaz-ictimai bir ibadət |
Müəllif: Admin | Bölmə: Slide, Namaz | Vaxt: 18-01-2016, 15:49 | Şərh sayı: (0) | Baxılıb: 1636
Namaz-ictimai bir ibadət
Namazın başlanğıcı
İslam dini ibadətlər arasında namaza xüsusi əhəmiyyət verməklə yanaşı digər ibadətlərin qəbulunu ona bağlayır. Namaz dinin sütunu kimi qələmə verilir. Bu ibadət bütün hallarda (xəstəlik, sağlamlıq, səfər, qorxu, müharibə və s.) vacib hesab edilir, iman və küfr arasında sərhəd sayılır.
Üsuliddin (əqidələr) və füruiddinin (əməli hökmlər) məcmuəsi olan namaz.
Namaz üsuliddin və füruiddinin məcmuəsidir. İlahi maarif namazda cilvələnir və qalan ibadətlər onda gözə çarpır.
Namaz - mələklərin ibadətinin cəm forması.
Merac barəsində nəql olunan rəvayətlərdə bildirilir ki, mələklərin də özünəməxsus ibadətləri vardır. Onlar Allahın əbədi olaraq təyin etdiyi ibadət halına qapılaraq qeyrisinə etina etməzlər. Mələklərin bəzisi qiyam və qunut, bəzisi rüku, bəzisi səcdə, bəzisi isə oturaq halda Allah-təalaya ibadətlə məşğuldurlar. Mələklər onlar üçün təyin edilmiş xüsusi ibadəti heç vaxt tərk etmirlər. Yəni rüku halında ibadət edən mələyin səcdə etməyə ixtiyarı yoxdur və s.
Namazqılan mömin şəxs isə gah qiyam, gah qunut, gah rüku, gah səcdə, gah da oturaq halda Xaliqini zikr edir. Belə ki, o, bütün mələklərin ibadətlərini cəm şəkildə yerinə yetirir.
Namaz - məxluqatın təkvini ibadətlərinin cəm forması
Namaz bütün yaranmışların ibadətlərini özündə cəmləşdirir. Bu məsələni aydınlaşdırmaq üçün nəzərinizi üç nöqtəyə cəlb edirik.
Qurani-Kərim insanın torpaqdan yaradılıb, yenidən torpağa qaytarılacağı barəsində aşkar surətdə belə buyurur:
"Sizi torpaqdan yaratdığı kimi, yenidən torpağa qaytarılacaqsınız.”
Həmçinin, başqa bir ayədə belə buyurulur
"Sizi torpaqdan yaratdıq, yenə ona qaytaracağıq və yenidən sizi bu torpaqdan xaric edəcəyik.”
Alimlər təhqiqatlar əsasında yekdilliklə insanın həqiqətən də torpaqdan yaranması qənaətinə gəlmişlər. Torpaqdan və onun tərkibində olan bir sıra ünsürlərdən yaranan insan, mərhələ-mərhələ inkişaf edərək özünü ali insaniyyət məqamına yetirmişdir. Belə ki, hər mərhələni başa vurduqda ona bir sıra imtiyaz və üstünlüklər əlavə edilmişdir.
Həmçinin, insanın ruhu maddi aləmdən üstün olan bir aləmdən nəşət tapmışdır. Həmin aləmə "Əmr” aləmi deyilir. Bu da bəşərin elm və ağlının fövqündə durur.
Bu cəhətdən də insan "Xəlq” və "Əmr” aləminin zahiri surəti, "Mülk” və "Mələkut” aləminin bir nümunəsi və bütün məxluqatın ən şərəflisidir. Mələklər Allahın əmri ilə təzim əlaməti olaraq insana səcdə etdilər.
Qurani-Kərimin "İsra” surəsinin 70-ci ayəsində belə buyurulur:
"Biz Adəm övladlarını əziz tutub onlara kəramət bağışladıq. Onlara suda və quruda minik verdik. Pak ruzilər əta etməklə bərabər bir çox yaranmışlardan üstün qərar verdik.”
Həmçinin "Tin” surəsinin 4- cü ayəsində belə buyurulur:
"Həqiqətən biz insanı ən gözəl surətdə yaratdıq.”
Quran buyurur
"Hər şey Allahı sitayiş edir, lakin siz onların sitayişini anlamırsınız.”
Təkvini və tədvini kəlam
Təkvini kəlam tədvini kəlam kimi, müəyyən məna bildirir. Uşağın ağlaması onun ac olduğunu, bina isə bənnanın varlığını göstərir.
Deməli, aləmdəki bütün yaranmışlar Yaradanın vücudundan danışır. Şair demişkən:
Torpaqdan cücərən hər gül, hər çiçək,
Qalxır "şəriki yox, birdir” deyərək.
Demək, bütün mövcudat təkvini kəlamdan ibarətdir. Allah-təala Quranda həzrət İsanı (ələyhissalam) "Kəlimətullah” adlandırır:
"Mələklər dedilər: Ey Məryəm! Allah sənə öz kəlməsi ilə müjdə verir. Onun adı Məryəm oğlu Məsihdir. O, dünyada və axirətdə abırlı və Allaha yaxın olan kəslərdəndir.”
Həmçinin, məsum imamlar (ələyhimussalam) "kamil və tam kəlmə” adlandırılmışlar. Belə ki, "Səhər” duasında oxuyuruq:
"İlahi, ən kamil kəlmələr xatirinə Səndən istəyirəm..."
Həqiqətdə hər bir yaranmış öz Yaradanına həmd və səna deyir. Hər şey öz təkvini dili ilə Allahı zikr edir. Quran bu barədə buyurur:
"(Cəhənnəmə) gətirildikdə onların qulaqları, gözləri və dəriləri etdikləri pis əməllərə görə onların əleyhinə şəhadət verəcək. Onlar öz dərilərinə deyəcəklər: Nə üçün bizim əleyhimizə şəhadət verirsiniz? Dəriləri deyəcək: Bizi danışdıran Allahdır. O Allah ki, hər şeyi danışdırmağa qadirdir. Hər şeyi əvvəldən Yaradan Odur və Ona tərəf də qayıdacaqsınız.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər